ABŞ İran limanlarının blokadasında nə qədər hərbçinin iştirak etdiyini açıqladı
İran limanlarının blokadasında 10 mindən çox amerikalı hərbi qulluqçu iştirak edir.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" platformasında paylaşılan bəyanatında deyilir.
"10 mindən çox amerikalı dənizçi, dəniz piyadası və hərbi pilot İran limanlarına daxil olan və onları tərk edən gəmilərin blokadası missiyasını yerinə yetirir", - deyə məlumatda bildirilir.
...