Dünyanın Vətən dərdi çəkən xoşbəxt adamı

Dünyanın Vətən dərdi çəkən xoşbəxt adamı
SOSİAL
14:47 11.08.2017
2648

Anar Yusifoğlu

Şair, jurnalist dostum Elçin MİRZƏBƏYLİnin 50 yaşına 

Müsahibələrindən birində "...Biz Vətəndən nə istəyirik?” sualına cavabında Elçin Mizəbəyli deyir ki, Vətəndən nə istəyə bilərik ki?! Vətən sənsən, mənəm... Başqalarını bilmirəm, məni əzən Vətən deyil, Vətən olmaq istəməyən torpaq parçaları və vətəndaş ola bilməyən daş qırıntılarıdı... Bizi öz ağırlığımız əzir. Hər kəs düşüncəsindəki, ürəyindəki yükün ağırlığı altına əyilib bir az. Yük artıqca əyrilik də artır...”

Burada söhbət Vətən, torpaq yükünü daşımaqdan gedirsə, əslində bu, hamıya aid edilə bilməz. Axı özünün də dediyi kimi, Vətən olmaq istəməyən torpaq parçaları və vətəndaş ola bilməyən daş qırıntıları Vətən ağrısına, Vətən dərdinə necə tab gətirə, necə sinə gərə bilər?! 
Vətən ağrısıyla ömür boyu yaşamaq hər Allah bəndəsinə qismət olmur.

Vətən dərdiylə ömür boyu nəfəs almaq hər adamın alnına yazılmır.

Vətən dərdi ancaq onu çəkməyə, daşımağa gücü çatanın bəxtinə düşür, ömür payına çevrilir.
Bəli, hər çiyin Vətən dərdinin ağırlığına tab gətirə bilməz. Yoxsa, dahi Füzuli "Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar. ”- deməzdi. 
...Elçin Mizəbəyli də tez-tez dərdi sevməyini, dərdlə qol-boyun yaşamağını dilinə gətirir və hətta kiminsə qismətinə düşən dərd payına da yiyə durmaq istəyini gizlətmir. Təkcə bir şərtlə ki, ona "bir az təsəlli, bir az da ümid” verilsin: 

Deyəsən yük oldu sənə... 
Nə dərdin var... 
ver, daşıyım. 
Bir az... 
Təsəlli ver yenə, 
Bir az... 
Ümid ver, yaşayım… 

… Mənə elə gəlir ki, Elçin Mirzəbəyli Vətən dərdini çiyinləri üzərində hələ o çiyinlər bərkiməyən vədələrdən, lap gənc yaşlarından daşımağa başlayıb. O zaman ki, onda hələ paytaxtın baş meydanı Leninin adını daşıyırdı və "Azadlığ”a gedən o ağır, üzücü yolda nələr yaşanacağını da bir Allah bəndəsi belə bilmirdi. SSRİ-nin süquta uğrayacağını da, tarixin və taleyin hökmülə Azərbaycan xalqının ikinci dəfə müstəqillik bayrağını qaldıracağını da bəlkə də çox az adamın ağlına və dilinə gətirməyə gücü, qüdrəti çatırdı. Elçin Mirzəbəyli bax, o vədələrdə "Azadlıq” marşı yazmışdı və azadlıq təşnəsi olan soydaşları da o marşı oxuya-oxuya Lenin (Azadlıq) meydanına üz tutmuşdular…

İndi mən tam əminliklə deyə bilərəm ki, Elçin Mirzəbəyli o marşda deyilən: 

- Qalx ayağa, millət, 
Boğmasınlar səsimizi! 
Bir bayraq altında
Birləşdir bizi!
- sözlərini qələmə aldığı anlarda Vətən dərdini də çiyinləri üzərində gəzdirirdi və bu gün də o ağır yükü daşımaqdan zərrəcə usanmayıb. Ona görə ki, qəlbindən qələminə süzülən o kəlmələrə hər zaman bütün varlığıyla inanıb. İnanıb ki: 

Bir sabah geri qayıdacaq, dünyanın bütün rəngləri, 
Və bir sabah,
Tanrı utanacaq göz yaşlarından… 

P.S. Yazının əvvəlində sözügedən müsahibəni müxbir belə bir sualla yekulaşdırır:
- EŞQə aşiqsiniz, yoxsa SÖZə?
- Tanrıya aşıqəm.
- Sizi niyə hamı çox sevir?
- Əgər dediyiniz həqiqətdirsə, o zaman demək, dünyanın ən xoşbəxt adamıyam.

P.P.S. Mən isə onun bu sonuncu cavabını azca əlavə ilə dəyişdirib belə yazıram: Elçin Mirzəbəyli dünyanın Vətən dərdi çəkən ən xoşbəxt adamıdır…
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
21:46 12.10.2026
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
21:36 12.10.2026
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
21:29 12.10.2026
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
21:20 12.10.2026
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Bu ərazilərdə qaz olmayacaq
21:16 12.10.2026
Bu ərazilərdə qaz olmayacaq
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
21:13 12.10.2026
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
21:09 12.10.2026
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
20:59 12.10.2026
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
20:57 12.10.2026
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
20:44 12.10.2026
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
20:38 12.10.2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
20:33 12.10.2026
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
20:29 12.10.2026
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
20:23 12.10.2026
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib