Düşmən dövlət qurumlarının binalarını atəşə tutdu: Yaralılar var - RƏSMİ

SOSİAL
09:43 30.09.2020
1321
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib. 

"Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən 30.09.2020-ci il tarixdə saat 08 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulmuşdur. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir", - məlumatda bildirilib. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:27 28.10.2020

Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb

17:21 28.10.2020

Türkiyə MN: “PKK ilə əlbirlik edəcək qədər aciz olan Ermənistan mülki əhalinin qətliamına davam edir”

17:12 28.10.2020

Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı - SİYAHI

17:03 28.10.2020

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

17:02 28.10.2020

Ermənilər Fransada yolu bağladılar, işə gedən türklərə hücum edib beş nəfəri yaraladılar

16:55 28.10.2020

İran səfirliyi ermənilərin Bərdəyə raket hücumunu pislədi

16:42 28.10.2020

Keçmiş erməni deputat koronavirusdan öldü

16:42 28.10.2020

Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb

16:35 28.10.2020

Azərbaycan Ordusu bu əraziləri işğaldan azad etdi: Prezident açıqladı

16:22 28.10.2020

Prezidentdən yeni tvit: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"

16:19 28.10.2020

Azərbaycanda bu gün 988 nəfər koronavirusa yoluxdu

16:15 28.10.2020

Tərtər rayonunun ərazisi yenidən atəşə tutulub

16:14 28.10.2020

Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır

16:09 28.10.2020

Bərdəyə raket atılması nəticəsində 21 nəfər ölüb, 70 şəxs yaralanıb

16:07 28.10.2020

Polis və Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə ezam olundu

15:54 28.10.2020

Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi - VİDEO