Dövlət başçısı: "Bəyanata müdaxilə etmək cəhdləri var"

Dövlət başçısı: "Bəyanata müdaxilə etmək cəhdləri var"
SİYASƏT
12:20 01.12.2020
791
"Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik. Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər".

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Mən deyə bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir", dövlət başçısı bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
12:28 26.10.2026
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
12:18 26.10.2026
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
12:00 26.10.2026
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
11:54 26.10.2026
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
11:53 26.10.2026
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
11:32 26.10.2026
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
11:30 26.10.2026
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
11:21 26.10.2026
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
11:17 26.10.2026
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
11:13 26.10.2026
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
11:06 26.10.2026
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
11:01 26.10.2026
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
10:28 26.10.2026
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
10:25 26.10.2026
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
09:59 26.10.2026
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT
09:53 26.10.2026
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT