Dövlət Məşğulluq Agentliyi və “McDonald’s Azərbaycan” QSC arasında memorandum imzalanıb - FOTO

Dövlət Məşğulluq Agentliyi və “McDonald’s Azərbaycan” QSC arasında memorandum imzalanıb - FOTO
İQTİSADİYYAT
11:54 27.05.2022
498
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və "McDonald’s Azərbaycan” QSC arasında memorandum imzalanıb.

AZXEBER.COM xəbər verir ki, sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və "McDonald’s Azərbaycan” QSC -nin direktoru Oskar Boqopolskiy imzalayıb.

Sənədin imzalanması tədbirində həyata keçirilən birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Memoranduma əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasına marağın artırılması məqsədilə müxtəlif təşviqedici tədbirlərin, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, istehsalat təcrübələri və müvafiq sahələr üzrə işlə təminat sahəsində birgə əməkdaşlıq ediləcək.

Həmçinin, Agentliyin fəaliyyət istiqamətləri, qarşılıqlı maraq kəsb edən layihələr üzrə, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin məşğulluğuna dəstək vermək məqsədilə korporativ sosial məsuliyyət layihələri həyata keçiriləcək.

Xatırladaq ki, yanvarın 27-də korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən şirkətlərin mükafatlandırılması mərasimində "McDonald’s Azərbaycan” şirkətinə "Gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında təltifnamə təqdim edilib.

Ölkəmizdə "McDonald’s Azərbaycan” şirkətinin hazırda 21 restoranı fəaliyyət göstərir və müəssisələrdə 2000-dən çox insan çalışır.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış