DYP-dən "Qarabağ" - HİK və “Neftçi” - “Beşiktaş” oyunları ilə bağlı azarkeşlərə MÜRACİƏT

DYP-dən "Qarabağ" - HİK və “Neftçi” - “Beşiktaş” oyunları ilə bağlı azarkeşlərə MÜRACİƏT
İDMAN
14:10 10.08.2023
255
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" – HİK və "Neftçi” - "Beşiktaş” oyunları ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyunların keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:

"Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci oyununda Azərbaycan çempionu "Qarabağ" Finlandiyanın HİK komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da, paytaxtın "Neftçi" klubu isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə "Beşiktaş”ı ilə qarşılaşacaq. Əvvəlcədən doğma komandalarımıza uğurlar arzurlayırıq.

Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu və "Neftçi Arena" ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazilərdə metronun "Gənclik” və "Xalqlar dostluğu” stansiyalarının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandalarımızının oyunlarına baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.

"Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çində mədəni su basıb, ölənlər var
00:03 06.10.2026
Çində mədəni su basıb, ölənlər var
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
23:53 05.10.2026
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
23:42 05.10.2026
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
23:32 05.10.2026
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
22:19 05.10.2026
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
22:12 05.10.2026
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
22:07 05.10.2026
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir