“e-Tabib” fəaliyyətini dayandırdı

“e-Tabib” fəaliyyətini dayandırdı
SOSİAL
10:03 13.05.2026
114
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində TƏBİB tərəfindən məqsədyönlü işlər aparılır.
 
AZXEBER.COM xəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində "e-Tabib” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin "mygov” platformasına inteqrasiya prosesi artıq bitib.   
 
Bu gündən etibarən "e-Tabib” tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq "mygov” platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da "e-Tabib” "mygov” platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.
 
 
"mygov” mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz:

OXŞAR XƏBƏRLƏR