Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə AZXEBER.COM-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.
Xatırladaq ki, mayın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri Əbülfəs Qarayav tutduğu vəzifədən azad edilib.