“Volfsburq”un baş məşqçisi Stiv Maklaren də “The Telegraph”a açıqlamasında Edin Dzekonun “Mancester Siti”yə transferinin sona çatmaq üzrə olduğunu deyib: “Dzeko “Mancester Siti” üçün ideal futbolçudur və xüsusilə Karlos Teveslə birlikdə mükəmməl hücum xətti yarada bilər. Ümid edirəm ki, Dzeko xəyallarını gerçəkləşdirmiş olacaq”.
Xatırladaq ki, Edin Dzekonun “Volfsburq” ilə müqaviləsi 2013-cü ildə bitir. Futbolçunun transferi üçün “Mançester Siti” alman klubuna 30 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirib. Dzekonun yeni klubunda illik maaşı isə 1,2 milyon funt sterlinq olacaq. Bosniyalı futbolçu “Volfsburq” forması ilə meydana çıxdığı 111 oyunda 66 qola imza atıb.