Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər

Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər
SOSİAL
15:56 20.11.2026
906
0:00 / 0:00
Tanınmış teleaparıcı Elgiz Əkbər televiziya verilişlərində xüsusən sosial verilişlərdə sponsorluq qiymətlərinin yüksək olmasından narazılığını ifadə edib.

O, efirə çıxış üçün 16 min manat ödənilməsini tənqid edərək bildirib:

"Bir insanın gəlib efirdə çıxış etməsi niyə 16 min manat olmalıdır? Hamı bilir ki, televiziya verilişində çıxış etməyin qiyməti 16 min manatdır. Hələ baş sponsorların ödədiyi məbləğləri demirəm. Niyə belə olmalıdır?”

Qeyd edək ki, sosial verilişlərin sponsorları arasında həkimlər çoxluq təşkil edir. Bəzi həkimlər efirdə reklam olunmaq və özlərini tanıtmaq üçün kifayət qədər böyük məbləğdə vəsait ödəyirlər.

Maraqlıdır, peşəkar və savadlı həkimin özünü tanıtması üçün bu qədər yüksək məbləğdə reklam xərci çəkməsinə ehtiyac varmı? Və ya verilişə 16 min manat verən həkimin aylıq qazancı nə qədərdir? 

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov həkimlərin və dərmanların reklam olunmasını yolverilməz hesab etdiyini bildirib.

"Biabırçılıqdır! Həkim və dərman heç vaxt reklam olunmamalıdır. Həkimlik reklam olunmamalıdır, belə şey ola bilməz”, – deyə o bildirib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR