"İşğaldan azad edilən ərazilərdə geniş urbanizasiya prosesi gedir" - Əfsələddin Ağalarov

"İşğaldan azad edilən ərazilərdə geniş urbanizasiya prosesi gedir" - Əfsələddin Ağalarov
SİYASƏT
17:46 21.05.2026
645
"İnsan həyatının ləyaqətli şəkildə yaşaması çox önəmlidir. Yaxın 50 il ərzində dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq. Azərbaycan isə 30 il işğal altında qalan torpaqlarında genişmiqyaslı yenidənqurma və urbanizasiya prosesini həyata keçirir”.

Bunu AZXEBER.COM-a açıqlamasında AZXEBER.COM xəbər portalının baş redaktoru Əfsələddin Ağalarov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən "Dayanıqlı Şəhərsalma: Azərbaycan və Avropa Təcrübəsi” mövzusunda təşkil olunan konfrans zamanı deyib.

Baş redaktor bildirib ki, Azərbaycanın həyata keçirdiyi şəhərsalma modeli beynəlxalq səviyyədə nümunə kimi qiymətləndirilə bilər:

"Azərbaycanın bu sahədə ortaya qoyduğu təcrübə dünya üçün örnəkdir. Hazırda müxtəlif regionlarda müharibələrin davam etdiyi ölkələrdə gələcəkdə bərpa və şəhərsalma işləri aparılarkən Azərbaycanın təcrübəsindən istifadə olunacaq”.

Şahanə
OXŞAR XƏBƏRLƏR