Əhməd Şahidov Londonda keçirilən beynəlxalq konfransda azərbaycanlı əsir və girovlar barədə danışıb

Əhməd Şahidov Londonda keçirilən beynəlxalq konfransda azərbaycanlı əsir və girovlar barədə danışıb
SİYASƏT
15:57 08.04.2019
5339
Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Aprelin 8-də Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən "Uniting for Peace Conference 2019” adlı beynəlxalq konfransda iştirak edib.
 
AZXEBER.COM xəbər verir ki, Böyük Britaniya Parlamentinin üzvləri, müxtəlif siyasi partiya mənsubları, Britaniya mətbuatının nümayəndələri və ictimai-siyasi xadimlərinin qatıldığı toplantıda bəşəriyyəti narahat edən qlobal problemlərdən danışılıb, xırda və böyük münaqişələr, terrorizm və separatizm ilə mübarizə metodları barədə müzakirələr aparılıb.

"Münaqişələr və sülhə gedən yol” panelində çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov dünyadakı münaqişə ocaqları barədə məlumat verib, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsindən söz açıb, azərbaycanlı məcburi köçkünlər, habelə əsir və girovlarımız haqqında danışıb. Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu xatırladan hüquq müdafiəçisi işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin dərhal azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin hələ də həyata keçirilmədiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Dünyada sülhün bərqərar olması üçün Böyük Britaniyanın daha fəal və çevik siyasət yeritməli olduğunu deyən Əhməd Şahidov konfrans iştirakçılarını beynəlxalq terrorizmi və separatizmi pisləməyə çağırıb: "Mənim ölkəmin 10 milyon əhalisi var və Azərbaycanda hər 10 nəfərdən biri qaçqın həyatı yaşayır. Bugün bütün dünyanı narahat edən beynəlxalq terrorizm və separatizm hələ 1988-ci ildən bugünə qədər Azərbaycanı hədəfə almaqdadır. Ölkəmizin 20 faiz ərazisi işğal altındadır və 1 milyon qaçqınımız var. Bugün 3888 azərbaycanlı əsir, itkin düşmüş və girov götürülmüş sayılır. Onların həyatı barədə heç bir məlumatımız yoxdur. Bir hüquq müdafiəçisi kimi sizlərə müraciət edirəm ki, bizim haqq səsimizə səs verəsiniz və sülhə öz töhfənizi əsirgəməyəsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
"Santa Barbara"nın ulduzunun müalicəsi üçün pul toplanır
14:11 25.06.2026
"Santa Barbara"nın ulduzunun müalicəsi üçün pul toplanır