Ehtiras aksiyası - KÖŞƏ

Ehtiras aksiyası - KÖŞƏ
KÖŞƏ
14:15 07.02.2012
2998

Rüfət ƏHMƏDZADƏ

Həddən artıq ciddi və dozasından da ziyadə kədərli. İnsanlar var burda, insanlar! Onların gözlərində donub qalıb sevincləri. Ümidləri sadəcə buxarlanıb, hətta ayıb çıxmasın, bir aqvarium içində boğulub boz mənzərə yaradan qaz yığınağı kimi. Nə maddədir, nə maye. Nə də parçalanıb fəzaya dağılır zərrələrlə...

Nə desən? Nə etsən? Onları necə qaytara bilərsən bu dünyaya? Onların heç bir zaman nə malik, nə də qadir olduğu ... Aman Allah, mən nə danışıram ki?

Bir-birindən yerlə göy qədər fərqli insanları nədən bir məfhumda ifadə edək? Ya necə ayıraq? Reallıqdan virtuallığa hopan, vaxtından əvvəl qopan... yox, uçan bir körpünü necə təmir edə bilərik ki?

Bu körpü ürəklə ruh arasında var idi. Bəlkə də, indi də var... Amma sınıq, salxaq bir vəziyyətdə. Bəlkə, mən məhəbbətdən danışıram? Yoxsa elə onlara bu lazımdır? Bəlkə sözün axarı bu yatağa gəlib çıxır sonunda? Sevgiyə?!

Müxtəlif yaş, müxtəlif boy, müxtəlif saç və göz rəngləri, müxtəlif burun, ağız və qulaq formaları... Amma yeganə arzu.. Bəlkə də, çatışmazlıq. İndi mən Freydi necə qınayım?

Əgər “Libido” yoxsa və heç vaxt olmayıbsa, bəs bu insanların üzlərinə demirəm, “status”larına hopan “Thanatos” hardandır? Ölüm instinkti bürüyüb mənim “homepage”imi.

Budur, gözlərimin qarşısında ürək ağrıdan, mənhus bir mənzərə: “SİFƏT KİTABI”NDA RUH FACİƏSİ!

Qaytara bilərsənmi - Tələbəlik illərindəki o sadəlövh qızı?

Unuda bilərsənmi - Gəncliyin irgəncliyinə bulaşan o oğlanı?

Öldürə bilərsənmi - Hər dəfə “yeni həyat başlayıram” deyərkən, sənin qollarını burub yerə yıxırmış kimi tərksilah edən xatirələri?

Və yaxud da dirildə bilərsənmi - Heç kimsəni demirəm, bu dünyada ilk olaraq özün üçün “heç kimsə” olan “Mən”i?

Mən hələ də bilmirəm nədən danışıram, mən hələ də kimlərə söz çatdırmaq istədiyimi özüm anlamıram. Sadəcə, içimdə bir çağırış var.

Virtuallıqdan “log out” edib, reallığıma “log in” etmək üçün... Bəs sən, mənim həddən artıq ciddi və dozasından da ziyadə kədərli olan əziz oxucum?

Hardasa, bu həyatın o biri tərəfində razılaşdırılmamış bir ehtiras aksiyası gözləyir... Heç nə soruşmayacam, onsuz da bilirəm ki, sən hər şeyə hazırsan. Bunu hiss etməyin zamanı çatıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub