Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur

Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
SOSİAL
14:17 10.07.2026
449
Son günlər Bakının müxtəlif ərazilərində ağcanadların sayının nəzərəçarpacaq dərəcədə artması sakinlərin narahatlığına səbəb olub. Xüsusilə parklar, həyətlər və yaşıllıq zolaqlarında müşahidə olunan bu həşəratlar həm gündəlik həyatda narahatlıq yaradır, həm də onların kütləvi şəkildə çoxalmasının səbəbləri ilə bağlı suallar doğurur. 

Ekoloq Qorxmaz İbrahimli AZXEBER.COM-a açıqlamasında deyib ki, ağcaqanadların sayının artmasının əsas səbəblərindən biri şəhərdə müşahidə olunan antisanitar vəziyyətdir:

"Bakıda ağcaqanadların sayının artmasının əsas səbəblərindən biri şəhərdə bəzi ərazilərdə müşahidə olunan antisanitar vəziyyətdir. Gölməçələrin yaranması, açıq kanalizasiya xətlərinin mövcudluğu və kanalizasiya sistemlərində təmizləmə işlərinin mütəmadi aparılmaması ağcaqanadların çoxalması üçün əlverişli şərait yaradır”.

O qeyd edib ki, yağıntılardan sonra bir sıra zirzəmilərin su ilə dolması ağcaqanadların çoxalmasına səbəb olub:

"Yağıntılardan sonra bir sıra zirzəmilərin su ilə dolması və çirkab suların uzun müddət həmin ərazilərdə qalması da onların sürətlə çoxalmasına səbəb olur. Ağcaqanadlar üçün ən əlverişli çoxalma mühiti məhz çirkli sulardır. Şəhər ətrafındakı qamışlıq ərazilər də bu həşəratların sayının artmasına təsir göstərən amillər sırasındadır. Hava temperaturu yüksəldikcə yağıntıların yaratdığı nəmişlik quruyacaq ki, bu da ağcaqanadların sayının azalmasına səbəb olacaq”.

Şahanə Ziyad 
OXŞAR XƏBƏRLƏR