Elçin Əmirbəyov: "Ermənistan işğal olunmuş zonanı genişləndirmək istəyirdi"

Elçin Əmirbəyov: "Ermənistan işğal olunmuş zonanı genişləndirmək istəyirdi"
SİYASƏT
14:57 04.08.2020
1060

Ermənistanla Azərbaycan arasındakı böhran yeni bir təhlükəli mərhələni aşdı. Fransız oxucular isə daha çox erməni tərəfinin münaqişə ilə bağlı mövqeyini KİV-dən ətraflı şəkildə öyrənir. Obyektivlik və intellektual dürüstlük baxımından söz Azərbaycan tərəfinə verilməlidir ki, fransız oxucu öz rəyini formalaşdıra bilsin. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov son həftələrdə müşahidə olunan eskalasiya fonunda suallarımızın fransız dilində cavablandırılmasına razı oldu.

"Report" xəbər verir ki, bu fikirlər Fransanın Agoravox.fr portalında dərc edilmiş "Ermənistan-Azərbaycan münaqişəsi: Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ilə eksklüziv müsahibə” adlı yazıda bildirilib.

E.Əmirbəyov müsahibəsində bu ilin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrini törətdiyi hərbi təxribatla, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib.

İyulun 12-də erməni silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində 11 hərbiçinin və 1 mülki şəxsin öldürüldüyü, ölkəmizin erməni təxribatına cavab reaksiyasından bəhs olunub.

Qeyd edilib ki, erməni təxribatının əsas məqsədi yeni mövqeləri ələ keçirməklə işğal olunmuş zonanı genişləndirmək, sərhəd bölgəsində yaşayan mülki əhalini qorxudaraq, öz evlərindən didərgin salmaq olub. Həmçinin, bu qanlı təcavüz Ermənistan hakimiyyətinin müharibəni başlamaqla öz ölkəsinin başına gətirdiyi fəlakətli iqtisadi və sosial vəziyyəti xalqına unutdurmaq məqsədi daşıyır. Ermənistan rəhbərləri Ermənistan-Azərbaycan münaqişəsinə bölgənin digər ölkələrini, eləcə də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da cəlb etmək istəyirdi.

"Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan bu cinayət əməlləri ilə işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu bir daha göstərib. Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasətini və sərhəddəki təxribatlarını sərt şəkildə pisləməyə çağırırıq. Sərhədlərdə vəziyyətin gərginləşməsinə səbəb olan belə təxribatların məsuliyyəti tamamilə Ermənistan rəhbərliyinin üzərinə düşür. Aydın məsələdir ki, Ermənistanın indiki hakimiyyətinin yürütdüyü siyasət, nəyin bahasına olursa-olsun sülh danışıqlarından və Azərbaycan ərazilərini azad etmək öhdəliyindən yayınmaqdır",-deyə E.Əmirbəyov diqqətə çatdırıb.

Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında geniş məlumat verilib. Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni icmalarının birlikdə yaşaması üçün heç bir problemin olmadığı qeyd edilib. Ancaq erməni rəhbərlərinin irqçi çıxışlarının buna mane olduğu bildirilib.

Azərbaycanda insanlara mənşəyinə, irqinə və dininə görə fərq qoyulmadığı, bütün vətəndaşların təməl hüquqlarına və bərabərliyinə zəmanət verildiyi vurğulanıb. Dünyəvi dövlət olan Azərbaycanın mədəniyyətlərarası və dinlərarası beynəlxalq platforma olduğu qeyd edilib.

Müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlardan da bəhs olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
00:32 13.10.2026
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Sabiq kansler prezident oldu
00:24 13.10.2026
Sabiq kansler prezident oldu
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
00:16 13.10.2026
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
“Real Madrid”in ulduzu bu komandaya gedir
00:09 13.10.2026
“Real Madrid”in ulduzu bu komandaya gedir
Bakıda ət niyə baha satılır? - VİDEO
00:03 13.10.2026
Bakıda ət niyə baha satılır? - VİDEO
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
23:56 12.10.2026
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
23:52 12.10.2026
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
23:07 12.10.2026
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
22:59 12.10.2026
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
22:50 12.10.2026
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
22:43 12.10.2026
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib