Elman Nəsirov: "Harada yazılıb ki, deputatın övladı deputat ola bilməz?"

Elman Nəsirov: "Harada yazılıb ki, deputatın övladı deputat ola bilməz?"
SİYASƏT
13:03 20.07.2024
339
"Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısına münasibətdə fərqli mövqelər ola bilər. Bu da anlaşılandır. Nə qədər insan varsa, o qədər mövqe var. Bunun özü plüralizmdir, prülarizm isə demokratiyanın mühüm elementidir. Əvvəla, YAP ümumxalq partiyasıdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Partiyanın sıralarında, təxminən, 800 minə yaxın insan cəmlənir. 800 minin içindən ən yaxşıları seçmək asan məsələ deyil. Partiya seçkilərə gedərkən ən layiqli namizədlərini müəyyən edir. Seçən isə xalqdır. Son sözü xalq deyir, kimi layiqli bilirsə, seçimini də onun üzərində saxlayır".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputat Elman Nəsirov deyib.

"Bəzi insanların "atalar deputat olub, indi də övladları deputat olur" kimi yanaşmaları var. Gəlin onda əksini də fikirləşək. Övlad deputat olmaq istəyir və fərqindədir ki, seçən xalqdır. Belə olan halda o, deputatlıq istəyini həyata keçirə bilmir. Səbəb də budur ki, anası və ya atası vaxtilə deputat olub. Bu yanaşma doğrudurmu? Onun günahıdırmı ki, valideyni vaxtilə deputat olub?

"Valideyn vaxtilə deputat olub” deyə övladın hüquqları tapdalanmalıdır? Övlad valideynlərinə görə öz istəyindən, arzusundan imtina etməlidir? Ümumiyyətlə, biz hüquqi dövlətik.

Addımlarımız qanunla tənzimlənir. Bir qanun göstərin ki, orada "valideyn vaxtilə deputat olubsa, övladı deputat ola bilməz" yazılıb. Belə bir bənd göstərin, mən də həmin adamların fikrini dəstəkləyim. Axı yoxdur. Yanaşmanın özü yanlışdır. Birincisi, deputat təyinati vəzifə deyil.

Deputat seçkiləri xalqın siyasi iradəsi ilə baş verən prosesdir, seçkili qurumdur. Seçici özü bilər ki, valideyni deputat olmuş şəxsi seçsin, ya yox.

Bu, seçicinin istəyi ilə reallaşan məsələdir. Belə yanaşmaları dəstəkləmirəm. Layiqli olan, xalqın səsini toplamağı, xalqın səsi olmağı bacaran hər kəs seçkidə iştirak edib, qalib gələcəyi təqdirdə parlamentdə əyləşə bilər. Valideynlərinin birinin deputat olması ona maneə ola biləcək fakta çevrilməməlidir. Ən azından qanunumuz buna imkan vermir", - E.Nəsirov bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
19:16 07.10.2026
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
17:22 07.10.2026
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
“Messi futboldan gedir, amma...”
17:07 07.10.2026
“Messi futboldan gedir, amma...”
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
17:05 07.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
16:56 07.10.2026
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
16:55 07.10.2026
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB