Elman Paşayevin lüks avtomobili hərraca çıxarıldı

Elman Paşayevin lüks avtomobili hərraca çıxarıldı
SOSİAL
14:17 13.08.2026
252
Hazırda Rusiya istintaq təcridxanasında saxlanılan, dələduzluqda ittiham olunan azərbaycanlı vəkil Elman Paşayev 5 milyon rublluq (təxminən 103 min manat) "Range Rover” avtomobilinin üzərindəki həbs qərarının götürülməsi üçün məhkəməyə müraciət edib.

Bu barədə "Mash" "Telegram" kanalı yazıb.

Avtomobil 2024-cü ilin sentyabrında məhkəmə icraçıları tərəfindən borcun tutulması çərçivəsində müsadirə edilərək xüsusi dayanacağa yerləşdirilib. Borcun ümumi məbləği 36,5 milyon rubldan (təxminən 749 min manat) çoxdur.

Maliyyə iddialarının əsası 2012-ci ilə gedib çıxır. Həmin vaxt müştəri Nikolay Deryabin hüquqi xidmətlərin göstərilməsi üçün Paşayevə pul köçürüb. Lakin iş materiallarına əsasən, vəkil xidmətlərin göstərilməsinə başlamayıb və sonradan öhdəliklərindən imtina edib. Pulun bir hissəsi geri qaytarılıb, qalan məbləğ isə faiz və dəbbə pulu ilə birlikdə 2022-ci ildə Moskva Şəhər Məhkəməsinin qərarı ilə tutulub.

Paşayev şikayətində avtomobilə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyib. O, Rusiya Müdafiə Nazirliyi ilə qüvvədə olan müqaviləsinin olduğunu və xüsusi hərbi əməliyyatda iştirakı ilə əlaqədar icra icraatının dayandırıldığını əsas gətirib. Lakin məhkəmə bu arqumentləri inandırıcı hesab etməyib.

Nəticədə məhkəmə keçmiş vəkilin tələbini təmin etməyib və bahalı avtomobili artıq açıq hərraca çıxarılıb.

Hazırda Paşayev istintaq təcridxanasında saxlanılır. İstintaqın versiyasına görə, o, Aleksey Blinovskidən 20 milyon rubldan və 300 min ABŞ dollarından çox pul alıb. İddia olunur ki, Paşayev bu vəsait müqabilində onun və bloqer Yelena Blinovskayanın cinayət təqibinin həllinə kömək göstərəcəyinə zəmanət verib.
 
///Qaynarinfo 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə mindi
16:37 13.08.2026
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə mindi
Bakıda motosiklet qaçıran şəxslər saxlanıldı
16:35 13.08.2026
Bakıda motosiklet qaçıran şəxslər saxlanıldı
Şəhər sakinləri hansı TV verilişlərini izləyir? – VİDEOSORĞU
16:33 13.08.2026
Şəhər sakinləri hansı TV verilişlərini izləyir? – VİDEOSORĞU
Harvard, Oxford, Stanford... – Bu il neçə azərbaycanlı bu universitetlərdə təhsil alacaq?
16:31 13.08.2026
Harvard, Oxford, Stanford... – Bu il neçə azərbaycanlı bu universitetlərdə təhsil alacaq?
“Qarabağ” üçün həlledici oyun: “Dinamo”nu keçmək mümkündürmü?
16:20 13.08.2026
“Qarabağ” üçün həlledici oyun: “Dinamo”nu keçmək mümkündürmü?
İşdə vaxt niyə keçmir? - Mütəxəssislər səbəbləri açıqladı
16:13 13.08.2026
İşdə vaxt niyə keçmir? - Mütəxəssislər səbəbləri açıqladı
Bakıda atasına cavab qaytaran qız döyüldü
15:55 13.08.2026
Bakıda atasına cavab qaytaran qız döyüldü
FHN-dəm hava ilə bağlı XƏBƏRDARLIQ
15:26 13.08.2026
FHN-dəm hava ilə bağlı XƏBƏRDARLIQ
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalandı
15:20 13.08.2026
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalandı
Qeyri-sabit hava bu vaxtadək davam edəcək - XƏBƏRDARLIQ
15:18 13.08.2026
Qeyri-sabit hava bu vaxtadək davam edəcək - XƏBƏRDARLIQ
Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - Rəsmi açıqlama
15:02 13.08.2026
Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - Rəsmi açıqlama
“28 May”–“Nizami” xəttində dəyişiklik: Yeni avtobuslar işləyəcək - Bu tarixdən
14:54 13.08.2026
“28 May”–“Nizami” xəttində dəyişiklik: Yeni avtobuslar işləyəcək - Bu tarixdən
Marketlərdə təndir təhlükəsi: Qidaların keyfiyyəti necə pozulur?
14:41 13.08.2026
Marketlərdə təndir təhlükəsi: Qidaların keyfiyyəti necə pozulur?
Ət alarkən bu səhvləri etməyin – Zəhərlənmə riski artır
14:33 13.08.2026
Ət alarkən bu səhvləri etməyin – Zəhərlənmə riski artır
İngiltərədə meşə yanğınları ilə bağlı çağırış: Satışı dayandırılsın
14:29 13.08.2026
İngiltərədə meşə yanğınları ilə bağlı çağırış: Satışı dayandırılsın
Həyat yoldaşı və iki qızını itirən atanın sözləri ürək dağladı: “Məni tək qoydun...”
14:26 13.08.2026
Həyat yoldaşı və iki qızını itirən atanın sözləri ürək dağladı: “Məni tək qoydun...”