Elmar Məmmədov: ‘Azərbaycanı ‘uğur karvanı’n müşaiyət edir’

Elmar Məmmədov: ‘Azərbaycanı ‘uğur karvanı’n müşaiyət edir’
Bütün Xəbərlər
23:18 27.12.2012
2680

“SSRİ-nin dağılmasından bu yana Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən ikinci ölkə olub”

“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və keçirilən seçkilərdə 155 dövlətin dəstəyini qazanması böyük diplomatik qələbə idi. Bütün bunlar ölkəmizin dünyada artan siyasi nüfuzunun bariz nümunəsi sayıla bilər”. Bu sözləri editor.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov söyləyib.

Onun sözlərinə görə, bu Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, yenicə müstəqillik qazanmış bir dövlət üçün çox böyük nailiyyət idi: “SSRİ-nin dağılmasından bu yana Azərbaycan bu mötəbər quruma qeyri-daimi üzv olan ikinci (Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda isə ilk) postsovet ölkəsidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il 1 yanvar tarixindən başlanıb və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək. Bu iki il müddətində Azərbaycan ilk dəfə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının sədri funksiyalarını yerinə yetirib və növbəti dəfə əlifba sırasına uyğun olaraq, 2013-cü il ərzində Təhlükəsizlik Şurasının sədri funksiyalarını yerinə yetirəcək. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv olarkən biz dünya birliyinin mütləq əksəriyyətinin dəstəyini qazanmışıq”.

Elmar Məmmədov yola saldığımız ilin həm dəm iqtisadi uğurlarla yadda qaldığını bildirdi: “Davos İqtisadi Forumunun ötən rübdə ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı Azərbaycanın Dünya İqtisadi Forumunun reytinq cədvəlində 9 pillə irəliləməsi həm də aparılan davamlı islahatlar nəticəsində ölkənin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsini, dinamik sosial-iqtisadi inkişafı və insanların sosial rifah halının yaxşılaşmasını əks etdirir. Xüsusən də 2012-ci ilin birinci yarısında respublikanın qeyri-neft sektorunda gedən surətli inkişaf iqtisadiyyatın rəqabətə davamlılığının artımına etibarlı zəmin yaradıb. Dövlətimizin sosial-iqtisadi mövqeyinin möhkəmlənməsi ilə yanaşı, bu gün Azərbaycanda idmanın maddi-texniki bazasının yaxınlaşdırılması üçün də hər cür şərait yaradılır. İqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, nüfuzlu söz sahibinə çevrilən Azərbaycan artıq sürətlə qloballaşan dünyada idman ölkəsi kimi də tanınır. Son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, paytaxt Bakının, eləcə də digər şəhər və rayonlarımızın çoxsaylı beynalxalq turnirlərə ev sahibliyi etməsi, yeniyetmə və gənclərimizin qazandıqları saysız-hesabsız medallar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunub. Başa çatmaqda olan 2012-ci il ölkəmizin idman həyatında böyük uğurlarla yadda qalıb. Təkcə XXX London Olipiya Oyunlarında Azərbaycan 30-cu yerdə qərar tutdu. Medalların sayına görə 24-cü yerdə mövqeyini möhkəmlədən respublikamız müsəlman dövlətləri arasında 3-cü, Avropa ölkələri arasında isə 15-ci oldu”.

Daha sonra Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılandığını bildirən YAP Sumqayıt Gənclər birliyinin sədri Elmar Məmmədov bu tarixi hadisə münasibətilə ölkəmizi sevən hər kəsi təbik etməyi də unutmadı: “2012-ci il həmçinin Azərbaycanın İKT sahəsində keçirilmiş “Development of the ICT Sector and Competitiveness-Building challenges in Azerbaijan” “Azərbaycanda İKT sektorunun inkişafı və rəqabətliliyinin artırıması imkanları” konfransı bir daha Azərbaycanın İKT sahəsində də inamla irəlilədiyini təsdiq etmiş oldu. Regionda Azərbaycanın İKT sektorunun dinamik inkişafı 2011-2012-ci illər üzrə qlobal rəqabətlilik indeksində də öz əksini və dünyanın 142 ölkəsinin siyahısında Azərbaycan 55-ci yeri tutur və MDB ölkələrində isə birincidir. İnnovasiya göstəricilərinə əsasən, Azərbaycan 60-cı yerdə qərarlaşaraq MDB ölkələrindən savayı, Rusiya, Türkiyə və İran qabaqlayıb. Dünya İqtisadi forumunun 2011-2012-ci il üzrə dünya ölkələrində İKT inkişafı üzrə hesabatında Azərbaycan keçən ilə nisbətən 9 pillə irəliləyərək 142 ölkə içərisində 61-ci mövqedə qərarlaşıb. Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar 11-ci beynalxalq telekomunikasiya və informasiya texnologiyaları “Caspian Telecoms 2012” sərgi konferansında təqdim edilib”.

Mədəniyyət sahəsinin də diqqətdən kənarda qalmadığını söyləyən həmsöhbətimiz paytaxtda Avropanın ən mötəbər mədəniyyət yarışlarının keçirilıməsini bu sırada qeyd etdi: “Paytaxt Bakı 2012-ci ilin may ayında Avropanın ən popluyar musiqi yarışmasına – “Avroviziyon”a ev sahibliyi edib. Müsabiqə bəlkə də öz tarixində ilk dəfə bu səviyyədə möhtəşəm təşkil olunub. “Avroviziyon” müsabiqəsi ölkəmizin qarşısında yeni imkanlar açıb. Bu həm ölkənin Avropa ölkələri arasında daha artıq tanınmasına, həm də Azərbaycanın turzim potensialının inkişafına öz tövhəsini verib”.

Bütün bu uğurların kökündə Azərbaycanda xalqına bağlı bir hakimiyyətin mövcudluğunu qeyd edən YAP təmsilçisi buna görə Sumqayıt gəncləri adından Cənab Prezident İlham Əliyevə təşəkkürlərini çatdırdı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq