Elmir Murquzov "Ağlayacaqsan" dedi (ŞEİR)

Elmir Murquzov "Ağlayacaqsan" dedi (ŞEİR)
KÖŞƏ
10:58 21.05.2011
3810

Sən özün-özünü danlayacaqsan,
İlk görüş yerində dayanacaqsan,
Ana deyib gecə-gündüz ağlayan,
Körpə uşaq kimi ağlayacaqsan.

Səhərlər yuxudan oyananda da,
Köhnə məktubları oxuyanda da,
Şeirimlə, nəğməmlə rastlaşanda da,
Vərəqi cıraraq ağlayacaqsan.

Ürəyin ağrıyıb gözlərin dolub,
Saçların ağarıb, rəngin də solub,
Bir xəstə qız kimi əlində tutub,
Hər gün şəklə baxıb ağlayacaqsan.

Məni çox yerlərdə axtaracaqsan,
Dünyadan köçəcəm tapmayacaqsan,
Qayıt gəl deyərək yalvaracaqsan,
Gec ya tez qarşımda ağlayacaqsan.

Dükana gedərək qızılgül alıb,
Qarşına qoyaraq sən ona baxıb,
Hər gecə başqa bir bəhanə tapıb,
Yatmayıb gecəni ağlayacaqsan.

Səsimə bənzəyən səs eşidəndə,
Dənizə, sahilə tərəf gedəndə,
Bizləri tanıyan insan görəndə,
Gülərkən içində ağlayacaqsan.

Həyatda hər şeydən şirin idin sən,
Ürəyim deyərdim sənə bəzən mən,
Nə vaxtsa haqqımda xəbər eşitsən,
Hönkür-hönkür inan ağlayacaqsan.

Ömrünün baharı payız olacaq,
Gözlərin yaşarıb, tez-tez dolacaq,
Məzarım önündə gəlib duracaq,
Ay Elmir deyərək ağlayacaqsan.

28 dekabr 2010 Elmir Murquzov
OXŞAR XƏBƏRLƏR