'Elnur Baimov ölkənin iri biznes qurumlarından birinə keçir və bu səbəbdən nazirlikdən ayrılıb'
Bütün Xəbərlər
15:20 18.10.2012
1496
Elnur Baimovun Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən ayrılması barədə xəbər təsdiqlənib. Xəbəri APA-nın sualını cavablandıran Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin direktoru Elnur Abdullayev təsdiq edib. “Elnur Baimov çox gözəl insan və işini çox yaxşı bilən yüksək peşəkardır. Onun getməsi bizi təəssüfləndirdi. Lakin öz potensialını biznes sahəsində reallaşdırmaq onun öz istəyidir və biz buna hörmətlə yanaşırıq”, - deyə E. Abdullayev bildirib. Onun sözlərinə görə, Bakı şəhəri nəqliyyatı idarəetmə üzrə direktor vəzifəsinə təyin olunmuş Elnur Baimov qısa müddətdə geniş sahədə aktiv fəaliyyətə başlayıb. “Mən əminəm ki, o, həm biznesdə, həm mediada, həm də maliyyə sahələrində qazandığı uğurları artıracaq”, - deyən E. Abdullayev Elnur Baimova uğurlar arzulayıb. E. Baimov onunla əlaqə saxlayan APA-nın müxbirinə də transfer xəbərini təsdiqləyib, lakin əlavə şərhləri bir müddət sonra verməyi vəd edib.