Elnur Məmmədli bu dəfə qalib ola biləcək?

İDMAN
15:03 22.04.2011
1903

Rusiyalı Murad Xabaçirov və xorvatiyalı Tomislav Mariyanoviç üzərində qələbə qazanan Elnur Məmmədli fransalı Alain Şmiti də mübarizədən kənarlaşdırıb. Beləliklə, idmançımız qızıl medal uğrunda mübarizəsini davam etdirəcək.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə cüdo yığmamız aktivinə 1 medal yazdırmağa müvəffəq olmuşdu. 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxmışdı.


OXŞAR XƏBƏRLƏR