Elnur Məmmədov İspaniyaya səfər edib

Elnur Məmmədov İspaniyaya səfər edib
SİYASƏT
09:54 08.10.2026
198
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov İspaniyada səfərdə olub.

Bu barədə AZXEBER.COM-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı paytaxt Madrid şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, İspaniya tərəfindən isə xarici işlər və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Belio başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, o cümlədən yaşıl enerji, mədəniyyət, təhsil, turizm, nəqliyyat-logistika və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub. Bu çərçivədə, ticarət və sərmayələrin təşviqi, habelə "Strateji İqtisadi Dialoq" çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsi və praktiki əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İspaniya Hökuməti Prezidentinin (Baş nazirin) Ofisində Xarici İşlər Departamentinin direktoru Pilar Sançez-Bella Solis ilə görüşüb.

Nazir Elnur Məmmədov həmçinin İspaniya Senatının vitse-prezidenti Xavyer Maroto ilə görüşüb. Tərəflər parlament diplomatiyasının təşviqi və ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin rolunu vurğulayıblar.

Bundan əlavə, nazir müavini Elnur Məmmədov İspaniya Diplomatik Məktəbində müəllim və tələbə heyəti üçün "Azərbaycanın xarici siyasəti" mövzusunda təqdimatla çıxış edib.

Səfər zamanı xarici işlər nazirinin müavini tərəfindən İspaniyanın aparıcı kütləvi informasiya vasitələrinə iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə müsahibələr verilib.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
11:34 08.10.2026
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
11:28 08.10.2026
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
11:19 08.10.2026
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
11:17 08.10.2026
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
11:15 08.10.2026
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
11:14 08.10.2026
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
11:14 08.10.2026
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
11:12 08.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
11:11 08.10.2026
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək
11:09 08.10.2026
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək
Prezident: Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır
11:07 08.10.2026
Prezident: Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır
"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"
11:06 08.10.2026
"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"
Lahıcın 700-800 illik kürəbənd sistemi bu gün də işləyir
11:05 08.10.2026
Lahıcın 700-800 illik kürəbənd sistemi bu gün də işləyir
11 gün qeyri-iş günü olacaq: Tarixlər açıqlandı
11:00 08.10.2026
11 gün qeyri-iş günü olacaq: Tarixlər açıqlandı
Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı
10:58 08.10.2026
Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı
Səfərbərlik Xidmətinin zabiti barədə cinayət işi məhkəməyə göndərildi
10:37 08.10.2026
Səfərbərlik Xidmətinin zabiti barədə cinayət işi məhkəməyə göndərildi