"Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb

"Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb
İDMAN
11:17 16.05.2026
241
"Çelsi" rəhbərliyi ispaniyalı mütəxəssis Xabi Alonso ilə danışıqlara başlayıb.

AZXEBER.COM xəbər verir ki, London klubu yeni baş məşqçi axtarışlarını fəal şəkildə davam etdirir və onun adını dünya çempionatı başlamazdan əvvəl açıqlamağı planlaşdırır.

"Zadəganlar"ın namizədlər siyahısında X.Alonso ilə yanaşı, "Bornmut"un baş məşqçisi Andoni Iraola, "Kristal Pelas"dan Oliver Qlasner və "Fulhem"dən Marku Silva da var.

X.Alonsonun son iş yeri "Real" olub. O, Madrid təmsilçisinə 2025-ci ilin iyunundan 2026-cı il yanvarın 12-dək rəhbərlik edib.

Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında 36 turdan sonra 49 xalla doqquzuncu pillədə qərarlaşıb. London klubu apreldə baş məşqçi Liam Rosenyoru istefaya göndərib, hazırda bu vəzifəni müvəqqəti olaraq Kalum Makfarleyn icra edir.

OXŞAR XƏBƏRLƏR