Elxan Məmmədov: "Qələbə üçün əlavə fədakarlıq lazım gələcək"

Elxan Məmmədov: "Qələbə üçün əlavə fədakarlıq lazım gələcək"
İDMAN
00:14 09.08.2020
1450
"Çox şadıq ki, son həftələrdə müşahidə olunan müsbət dinamika Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada məşq və idman yarışları keçirmək üçün icazə verməsinə imkan yaratdı".

AZXEBER.COM-un məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. Milli assosiasiya rəsmisi bildirib ki, bu qərar rahatlaşmaq və koronavirus təhlükəsini unutmaq anlamına gəlməməlidir: "Virus hələ də təhlükə doğurduğundan, böyük futbol ailəsinin hər bir nümayəndəsi öz məsuliyyətini dərk etməli, məşq və matçların keçirilməsinin müvafiq protokoluna əməl etməlidir. Operativ Qərargahın və müvafiq dövlət strukturlarının ümumi tövsiyələri də öz yerində". 

İcraçı vitse-prezident əvvəllər klublara təqdim edilmiş tibbi protokolun yoluxma riskinin qarşısını almasa belə, əhəmiyyətli dərəcədə azaltmağa qadir olduğunu vurğulayıb. O, məşqçilər, futbolçular, ictimaiyyət nümayəndələrinə anlayış və dözümlərinə görə təşəkkürünü bildirib: "Operativ Qərargahın tələb və tövsiyələrini nizam-intizamla yerinə yetirdikləri üçün hamıya minnətdaram. Məhz müəyyənləşdirilmiş qaydalara əməl edilməsi sayəsində virusun yayılma dinamikasını azaltmaq mümkün oldu. Bu da yekunda həyatımızın tədricən normal ritmə düşməsinə gətirib çıxardı. Əminəm ki, Azərbaycan futbol ictimaiyyəti Prezident İlham Əliyevin çağırışına əməl edərək, gələcəkdə də bütün lazımi ehtiyat tədbirlərini görəcək". 

AFFA rəsmisinin fikrincə, pandemiya bütün futbol dünyası üçün ciddi sınaq olub: "Müasir tarix belə presedentləri tanımır. Futbol yeni reallıqlara uyğunlaşmanı tələb edən situasiya ilə toqquşub. Təbii ki, bu, yeni norma və qaydaların tətbiqini tələb edir. Biz də bunların hamısına əməl etməliyik. Şübhəsiz ki, baş verənlər bütün dünyada klubların maliyyə sabitliyinə də təsirsiz ötüşmədi. Məsələn, Avropanın bir çox klubu kömək, güzəştli kreditlər üçün müraciət etdi. Bəziləri ümumiyyətlə, yeni sahiblərinin axtarışları ilə məşğul oldular. Məsələn, bu günlərdə İtaliya "Roma"sının satıldığına dair xəbər yayıldı. AFFA da Azərbaycan Premyer Liqası klublarına müvafiq maliyyə dəstəyi vermək üçün müvafiq addımlar atdı. Futbol funksionerləri belə çağırışlara gələcəkdə də hazır olmalıdırlar". 

E.Məmmədov avrokuboklara sayılı günlərin qaldığını da xatırladıb: "Əlbəttə, bu, başqa format olacaq. Tribunalar boş qalacaq, hələlik cavab görüşləri keçirilməyəcək. Tibbi xarakterli müvafiq tədbirlər də görüləcək. Klublarımızın harada - evdə və ya səfərdə oynayacaqları hələlik məlum deyil. Səfərdə oynasaq, qəbul edən tərəfin oyunun keçirilməsini təmin edə biləcəyi, yoxsa klublarımızın neytral meydanda oynamalı olacağı bilinmir. Əlbəttə, bütün bunlar vəziyyəti bir qədər çətinləşdirir. Amma bununla belə, əsas odur ki, futbol qayıdır. Təbii ki, bir funksioner kimi ev və səfər prinsipi ilə iki matçın keçirilməsini istərdim. Çünki bu, daha çox futbol, daha böyük emosiya, daha çox vurulan qol və daha böyük oyun praktikası anlamına gələcəkdi. Amma əvvəllər də vurğuladığım kimi, hamımız yeni reallıqlara uyğunlaşmalı və müvafiq qaydalara əməl etməliyik". 

Azərbaycan Premyer Liqasının avqustun 21-də başlanacağını xatırladan milli assosiasiya rəsmisi yığmanın yeni baş məşqçisi Canni De Byazinin də oyunları izləyə biləcəyini diqqətə çatdırıb: "Bizim İşçi Qrup vəziyyəti detallı analiz etdi və bütün klublarla danışıqlar apardıqdan sonra çempionatın start tarixi müəyyənləşdi. Habelə UEFA Millətlər Liqası ərəfəsində AFFA milliyə yeni baş məşqçi təyin etdi. Gələn həftə Bakıya gələcək De Byazinin məşqləri və Premyer Liqanın ən azı bir turunu izləmək imkanı olacaq. Klublar kimi, milli komandanın da belə uzun fasilədən sonra oyun tsiklinə girməsi asan olmayacaq. Lakin bu, qaçılmazdır və yəqin ki, hər bir matçda qələbəyə can atmaq üçün əlavə fədakarlıq lazım gələcək".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 10-dan açıq havada məşq və oyunların keçirilməsinə icazə verib
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb
03:16 30.10.2026
Sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb
Ronaldo karyerasının 985-ci qolunu vurub
03:06 30.10.2026
Ronaldo karyerasının 985-ci qolunu vurub
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
02:56 30.10.2026
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
02:50 30.10.2026
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
02:43 30.10.2026
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
02:36 30.10.2026
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
02:30 30.10.2026
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
02:23 30.10.2026
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
Arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
02:16 30.10.2026
Arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
02:09 30.10.2026
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
Fişənglər yandırıldı, parlament tüstüyə büründü: Albaniyada gərgin anlar
02:03 30.10.2026
Fişənglər yandırıldı, parlament tüstüyə büründü: Albaniyada gərgin anlar
Şimali Kipr Mahmud Abbasın Kipr Respublikasına səfərini təəssüflə qarşılayıb
01:56 30.10.2026
Şimali Kipr Mahmud Abbasın Kipr Respublikasına səfərini təəssüflə qarşılayıb
Sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
01:50 30.10.2026
Sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib
01:43 30.10.2026
Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
01:36 30.10.2026
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
01:30 30.10.2026
Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar