“German hospital”dan ayrılan Ləman Əliyeva bu klinikada işə başladı

SOSİAL
12:12 04.02.2025
787
Əməliyyat zamanı doğum gününü qeyd etməsi ilə gündəmə gələn "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın yeni iş yeri məlum olub. 
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, ginekoloq bundan sonra "Baku Medical Plaza"nın Babək filialında fəaliyyətini davam etdirəcək. 
  
Ləman Əliyeva ilə yanaşı həyat yoldaşı Əziz Rəfibəyli də onunla birlikdə eyni klinikada fəaliyyət göstərəcək. 
  
Qeyd edək ki, iş yoldaşları tərəfindən əməliyyat zamanı doğum günü qeyd edilən cərrah mama-ginekoloq Ləman Əliyevanın bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb və o, buna görə işdən azad olunmuşdu.
 
Günel Hüseynli
 

 


OXŞAR XƏBƏRLƏR