Emin Ağalarovdan 'Bakı Kristal Zalı'nda möhtəşəm şou - FOTOLAR
MƏDƏNİYYƏT
16:31 27.05.2012
2797
“Baku Crystal Hall”da “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsində qalib adı uğrunda mübarizə aparan 26 ölkənin təmsilçilərinin ifaları başa çatıb. AzərTAc xəbər verir ki, səsvermə üçün ayrılmış vaxtda səhnəyə tanınmış müğənni və bəstəkar Emin Ağalarov çıxıb. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşayiət edib. Emin Ağalarovun təqdim etdiyi “Məşəli alovlandır!” şousu Azərbaycanın qədim musiqi aləti balabanın səsi ilə başlayıb. Bu performans skripkaçıların ifası ilə davam edib. Daha sonra isə nağaraçalanlar şouya qoşulub. Ardınca səhnədə alov püskürmüşdür. Bu isə möhtəşəm bir görüntü yaradıb. Elə bu zaman Emin Ağalarov 20 metr hündürlükdən səhnəyə enib və “Never Enough” mahnısını ifa edib.