Energetik içkilər səhhətimizə belə təsir edir - Qanunun sərtliyi qaçılmazdır

Energetik içkilər səhhətimizə belə təsir edir - Qanunun sərtliyi qaçılmazdır
SOSİAL
17:58 21.04.2026
514
Xəbər verdiyimiz kimi, Ombudsman energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışı ilə bağlı bir sıra təkliflər irəli sürüb. Ombudsman Aparatının məlumatına görə, son illər Azərbaycanda energetik içkilərin istehlakı artıb. Aparılan monitorinqlər göstərib ki, bu içkilər yetkinlik yaşına çatmayanlar arasında geniş yayılıb və satış zamanı yaş məhdudiyyətinə kifayət qədər nəzarət olunmur. Bildirilib ki, xüsusilə vendinq aparatları və pərakəndə satış məntəqələrində yaşa nəzarət mexanizmləri demək olar tətbiq edilmir.

Ombudsman cərimələrin artırılması, vendinq aparatlarında yaş identifikasiyası sisteminin tətbiqi və ya satışın məhdudlaşdırılması, reklam qaydalarının sərtləşdirilməsi, həmçinin sağlamlıq riskləri ilə bağlı xəbərdarlıqların məcburi edilməsi kimi tədbirlər təklif edib.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı AZXEBER.COM-a açıqlamasında bildirib ki,bu təşəbbüs cəmiyyətin sağlam gələcəyinə yönəlmiş olduqca önəmli addımdır:

"Ombudsmanın uşaqlara energetik içkilərin satışına görə cərimələrin artırılması təşəbbüsü cəmiyyətin sağlam gələcəyinə yönəlmiş olduqca önəmli təklifdir. Sağlam nəslin formalaşması və sağlam mühitin təmin olunması istiqamətində atılan mühüm addım kimi dəyişdirilməlidir. Energetik içkilərin uşaqların psixoloji və fiziki sağlamlıqlarına ciddi risklər yaradır. Yuxu pozuntuları, diqqət yayınılıqlığı, ürək-damar problemləri ortaya çıxır”.


O deyib ki, qanunun sərtliyi  qaçılmazdır:

"Cərimələrin artırılması ilk növbədə bu tip məhsulların satışını həyata keçirən sahibkarları uşaqlara satışdan çəkindirmək üçün ciddi mexanizm rolunu oynayacaq. Qanunun sərtliyi  qaçılmazdır. Cərimə tətbiq olunduğu halda məsuliyyətsiz satış hallarının qarşısı nisbətən alınacaq. Amma bu kifayət deyil. Təbbi ki, valideynlər də sözügedən məsələyə kifayət qədər həssas yanaşmalıdırlar. Bu cür qanununların qüvvəyə minməsi cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə xidmət edir. Uşaqların inkişaf mərhələsindəki dönəmdə yanlış vərdişlərin formalaşmasının qarşısını almaq hər kəsin üzərinə düşən ciddi məsuliyyətdir. Sağlam gələcək naminə atılan bugünkü hər bir addım sabahın güclü cəmiyyətini formalaşdırır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR