Ərdoğan müxalifəti tənqid edib: "İndiyədək terrorla mübarizəyə dair heç nə deməyiblər"

Ərdoğan müxalifəti tənqid edib: "İndiyədək terrorla mübarizəyə dair heç nə deməyiblər"
SİYASƏT
17:23 12.04.2023
289
"Biz ölkəmizin 81 vilayəti kimi, İstanbul və Ankara şəhərlərini də sahibsiz qoymadıq”.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKM-Gar-Kızılay metro xəttinin açılış mərasimində deyib.

O bildirib ki, şəhərlərin Türkiyənin 100 illiyinə hazırlanması üçün görülən işlər gecə -gündüz davam edir: "AKM-Gar-Kızılay metro xəttinin açılışı da bu baxımdan xarakterikdir. Həmçinin biz 324 yeni nəsil metro nəqliyyatı almışıq. Bu isə o deməkdir ki, biz həm də qatarların sayını və komfortu artırmışıq. Son 7 ildə Ankarada 44,5 kilometr metro xətti çəkilib”.

R.T.Ərdoğan söyləyib ki, müxalifətin son dövrlərdəki təlaşının əsas səbəbi iqtidarın həyata keçirdiyi uğurlu işlərdir: "Amma çox çalışmalıyıq. Artıq seçkilərə 35 gün qalıb. Əvvəllər CHP-ni tənqid edənlər indi onun sədri Kamal Kılıçdaroğlundan əl çəkmirlər. Bu azmış kimi, həmçinin terrorçularla əməkdaşlıq edilir”.

Türkiyə Prezidenti müxalifətin fəaliyyətini də sərt tənqid edib. O deyib ki, "yeddili masa” (Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyasının (DEVA) və təmsil olunduğu "Millət İttifaqı”nı və bu birliyin prezdentliyə namizədi Kamal Kılıcdaroğlunu dəstəkləyən Xalqların Demokratiyası Partiyası) indiyədək terrorla mübarizəyə dair heç nə deməyib: "Yeddili masa” üzvləri özlərindən başqa heç kimin tanımadığı separatçı təşkilatın siyasi əlaltıları ilə əməkdaşlıq edir.

Həqiqətən də, ürəkağrıdan bir mənzərə ilə qarşı-qarşıyayıq. Separatçı terror təşkilatı PKK hər gün "Yeddili masa”ya dəstəyini açıqlayır. Belə bir vəziyyətdə Türkiyə vətəndaşları Kamal Kılıçdaroğluna səs verməlidirmi? Ona dəstək olmaq olarmı? FETO terror təşkilatı (Fətullahçı Terror Təşkilatı) "Yeddili masa” ilə əməkdaşlıq edir. Birlikdən heç kim terror təşkilatlarının əməllərinə reaksiya vermir. Təkcə FETO yox, bütün terror təşkilatları belədir. Hələ xaricdə müxalifətin qalib gəlməsi üçün çalışanları demirəm”.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar "Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və "Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
"Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

"Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

"Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.

Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...
14:04 01.07.2026
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...