Ərdoğan Trampla müzakirə edəcəyi mövzuları açıqlayıb

Ərdoğan Trampla müzakirə edəcəyi mövzuları açıqlayıb
SİYASƏT
11:15 21.09.2025
241
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-li həmkarı Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda görüş keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, Türkiyə lideri bu barədə ABŞ-yə yola düşmədən öncə Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, Trampla görüşündə regional məsələlər ön planda olacaq.

"Bölgəmizdə münaqişə və gərginliyin azaldılmasında biz liderlərə böyük məsuliyyət düşür", - Ərdoğan bildirib.

O həmçinin Nyu-Yorkda da bir sıra dövlət və hökumət başçıları və iş adamları ilə görüşlər keçirəcəyini vurğulayıb.

///"Report" 
OXŞAR XƏBƏRLƏR