Ermənistan üçün yüksək rifah səviyyəsi və firavan həyat arzulayan din adamı erməni xalqının səylə çalışdığını, böhrana və ölkənin embarqo altında olmasından qaynaqlanan bütün çətinliklərə sinə gərdiyini deyib.
Xalqını xristianlıq dəyərlərinə sədaqətli olmağa çağıran Qareqin onları həmçinin erməni şəxsiyyətini mühafizə etməyə də səsləyib.
Erməni millətinə uğurlar, erməni ordusuna dəyanət və erməni ailələrə dözümlülük arzulayan katolikos Dağlıq Qarabağ üçün “əbədi dua” edib. “Bərəkəti bəxşedən, ümidləri çoxaldan və həyata keçirən tanrı duamızı qəbul etsin, Ermənistan, Qarabağ və diasporuda olan hər birimizi bu gün, hər gün və əbədiyyən öz pənahında saxlasın”./// anspress