“Tərəflər arasında danışıqlar iri sərmayə proqramlarının reallaşması üzrə aparılır. Daha doğrusu, söhbət 200 milyon dollardan da artıq vəsaitdən gedir. Əsasən bizi maraqlandıran sahələr toxuculuq sənayesi, energetika və turizmdir”,- deyə Kaan Soyak əlavə edib.
Xatırladaq ki, bir müddət öncə Kaan Soyak erməni əsilli amerikalı milyarder Kirk Krkoryanın Türkiyəyə iri sərmayənin yatıracağı haqda məlumat vermişdi. Onun sözlərinə görə, biznesmeni mehmanxanalar şəbəkəsi daha çox cəlb edir. Lakin sonradan bu məlumat “Linsi” fondunun nümayəndəsi və “Kaliforniya kuryer” adlı qəzetin redaktoru Artur Sasunyan tərəfindən təkzib edilib.
//Ans Press