Erməni deputat: “Vətəndaşlarımızın Rusiyaya rekord miqrasiyası başladı”

Erməni deputat: “Vətəndaşlarımızın Rusiyaya rekord miqrasiyası başladı”
SİYASƏT
18:57 01.02.2021
839
Bu gün Rusiya sərhədlərinin Ermənistan vətəndaşları üçün açılması Ermənistandan Rusiyaya rekord sayda miqrasiyanın başlanğıcı olacaq.

Bu barədə Ermənistanın müxalif "Çiçəklənən Ermənistan” partiyasından olan millət vəkili Naira Zohrabyan "Vestnik Kavkaza”ya müsahibəsində bildirib.

Bu gün erməni siyasətçi Rusiyaya gedən sərnişin trafikini müşahidə etmək üçün xüsusilə İrəvanın Zvartnots hava limanına gedib:

"Hava limanından təzə gəldim. Deputat olaraq vəziyyətin nə yerdə olduğunu görmək istədim və siz təsəvvür belə edə bilməzsiniz ki, vəziyyət nə qədər gərgin idi. Moskvaya tək gediş üçün biletlər götürürlər və dünən gecə onların qiymətləri 800-900 dollara qədər qalxıb. Rusiyaya uçuşlara heç vaxt belə tələbat olmamışdı. Ermənistan son 30 ildə ən böyük miqrasiya ilə qarşılaşacaq, hətta keçən əsrin 90-cı illərində belə bir şey yox idi”.

Naira Zohrabyan belə rekord sayda miqrasiyanın bir neçə səbəbinin olduğunu izah edib:

"Birincisi, müharibədir. İkincisi, ermənilər artıq öz ölkələrində özlərini təhlükəsizlikdə hiss etmirlər. Üçüncüsü və ən əsası, Ermənistandakı iqtisadi vəziyyətin çox çətin olmasıdır”.

"İndi insanlar qorxurlar ki, Rusiya Federasiyası ilə əlaqə yenidən kəsilə bilər. Bir millət vəkili olaraq bir çox vətəndaş məndən rusiyalı həmkarlarla danışmağımı xahiş edir ki, sərhəd martın 1-də bağlanmasın. Ümumi atmosferə nəzər salsaq, Ermənistanda demoqrafik böhranın olması qaçılmazdır. Mən sözsüz, ailələrini xilas etmək və yeməklə təmin etmək istəyən erməniləri günahkar hesab etmirəm - ermənilərin Ermənistanda yaşaması üçün bütün imkanları bağlayan hakimiyyət günahkardır”, - deyə, Ermənistanın millət vəkili qeyd edib.

Zohrabyan vəziyyətlə bağlı ona müraciətlərindən biri barədə danışıb.

"Dünən gecə bir Ermənistan vətəndaşı mənə yaxınlaşdı və dedi: "Biletlərin tam qiymətini ödəyə bilmirəm, pilotla danışıb deyə bilərsinizmi məni və həyat yoldaşımı biletlərin yarı qiymətinə işçilərin salonuna buraxıb Rusiyaya aparsınlar?”. Bunu eşitmək və görmək mənə çox çətindir”, - deyə, o etiraf edib.

"Təkcə bu gün, fevralın 1-də İrəvandan Rusiyaya 6 reys baş tutub ki, onlardan 4-ü Moskvaya uçub.

İlk uçuş səhər saat 7:55-də Minvodıya yola düşdü. Bu, milli faciədir. Vətəndaşlarımızın çoxunun bileti var idi, amma onlarda koronavirus testinin müsbət olduğu ortaya çıxdı və təsəvvür edin ki, Rusiyaya uçmaq fürsətini itirdilər. Bu, Ermənistanın hazırkı hakimiyyəti üçün bir faciə və utancdır”, - Zohrabyan deyib.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
22:22 03.07.2026
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:18 03.07.2026
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
22:10 03.07.2026
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."