Ermənilər 5 rayonda atəşkəsi pozublar

Ermənilər 5 rayonda atəşkəsi pozublar
Bütün Xəbərlər
11:37 04.02.2014
470

Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ötən gün cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulub.Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.Düşmən cavab atəşi ilə susdurulub.

OXŞAR XƏBƏRLƏR