“Daş yuxular” əsərinin müəllifi Əkrəm Əylisli haqqında Ermənistanda kitab çap edilib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, kitabın müəllifi iqtisad elmləri doktoru Sarkis Kantarcyandır. Kitab “Antitolerant Azərbaycan və ya bir isteriyanın tarixi” (“Антитолерантный Азербайджан, или Хроника одной истерии”) adlanır.
Kitabda 54 məqalə yer alıb. Müəllif bu məqalələrlə Əkrəm Əylislinin ermənipərəst ruhda yazdığı “Daş yuxular” romanı işıq üzü gördükdən sonra mətbuatda çıxan informasiyalarla vəziyyətin inkişafını göstərib.
Hadisələrin xronikasını bir kitabda toplamaq qərarına müəllif “Дружба народов"” jurnalında Əkrəm Əylislinin əsərini oxuduqdan və anti-Azərbaycan mövqeyi ilə fərqlənən “Voskanapat” saytında Məlik Şahnəzəryanla fikir mübadiləsi apardıqdan sonra gəlib.