Ermənilər Tərtərdə daha bir mülki obyekti top atəşinə tutdu

Ermənilər Tərtərdə daha bir mülki obyekti top atəşinə tutdu
SOSİAL
11:46 30.09.2020
753
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. 

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.

Sentyabrın 30-da təxminən saat 11 radələrində düşmənin atdığı top mərmilərindən bir Tərtər rayonun Düyərli kəndi ərazisində yerləşən geyim mağazasına düşüb.

Rayon sakini Emin Əhmədova məxsus geyim mağazasına ziyan dəyib. 
OXŞAR XƏBƏRLƏR