Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib

Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib
SİYASƏT
10:01 06.09.2025
350
Bu il avqustun 30-da Ermənistan Baş nazirinin təyyarəsi Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib və sentyabrın 6-da gecə Ermənistana qayıdıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan medianın sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları Azərbaycandan Baş nazirin təyyarəsi üçün hava keçidi istəyib və müsbət cavab alıblar: "Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün əməli addım hesab edirik".

OXŞAR XƏBƏRLƏR