Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər

Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
SİYASƏT
16:05 02.07.2026
296

Paşinyan balans siyasətini davam etdirir: Ermənistanın Qərbə inteqrasiyası və daxili siyasi gərginlik

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqı ilə inteqrasiya kursunu davam etdirəcəyini bəyan etsə də, Rusiya ilə münasibətlərdə süni gərginlik yaratmaq niyyətində olmadıqlarını bildirib.

İrəvanda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə keçirdiyi birgə mətbuat konfransında Paşinyan vurğulayıb ki, Ermənistan xarici siyasətdə balanslı mövqe tutur və həm beynəlxalq tərəfdaşların, həm də ölkəsinin milli maraqlarını nəzərə alır.

Digər tərəfdən, Rusiyalı erməni iş adamı və "Güclü Ermənistan" Partiyasının sədri Samvel Karapetyan isə vaxtaşırı hakimiyyətə qarşı sərt bəyanatlar səsləndirir. O, Baş nazir Nikol Paşinyanın qanuni yollarla hakimiyyətdən uzaqlaşdırılması üçün mübarizəni davam etdirəcəklərini bildirir. Parlament seçkilərindən sonra Karapetyan nəticələrə etiraz edərək yeni seçkilərin keçirilməsini və ya səsvermənin ikinci turunun təyin olunmasını tələb etdiklərini açıqlamışdı.

Politoloq Cümşüd Nuriyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ermənistan Rusiyadan uzaqlaşmaq istəyirsə, ilk növbədə Avrasiya İqtisadi İttifaqını tərk etməlidir.

"Ermənistanda baş verən proseslər bu gün ölkənin maraqlarına uyğun inkişaf edir. Ermənistan uzun müddətdir həm Qərblə, həm də Rusiya ilə balans siyasəti yürütməyə çalışır. Lakin artıq bu siyasətin son mərhələsinə yaxınlaşılır. Əgər Ermənistan həqiqətən Rusiyadan uzaqlaşmaq niyyətindədirsə, ilk növbədə Avrasiya İqtisadi İttifaqından və Vahid İqtisadi Məkandan çıxmalıdır. Daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), eləcə də Müstəqil Dövlətlər Birliyini (MDB) tərk etməlidir. Bu baxımdan Paşinyanın səsləndirdiyi fikirlərin ciddi siyasi əhəmiyyəti yoxdur. Rusiya da bunu yaxşı anlayır".

Politoloqun sözlərinə görə, Qərb üçün Cənubi Qafqaz mühüm geosiyasi əhəmiyyət daşıyır.

"Qərb Cənubi Qafqaza xüsusi önəm verir və Ermənistan vasitəsilə Rusiyanın bölgədəki təsirini zəiflətməyə çalışır. Gürcüstan bunu vaxtında gördü. Saakaşvili dövründə yaşanan hadisələr və sonradan İvanişvilinin hakimiyyətə gəlişi bunun nümunəsidir. Gürcüstan müəyyən mənada siyasi çıxmaza düşüb və hələ də həmin vəziyyətdən tam çıxa bilməyib. Bu səbəbdən Paşinyanı yalnız bu siyasətə görə qınamaq düzgün olmaz".

Ekspert bildirib ki, Azərbaycan isə Avropanın diktə etmək istədiyi qaydaları qəbul etmir.

"Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və Prezident İlham Əliyev ölkənin milli maraqlarını prioritet hesab edir. Avropada isə bu yanaşmadan narahat olan siyasi dairələr var. Həm Türkiyəyə münasibətdə müəyyən siyasi qısqanclıq mövcuddur, həm də Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olması bəzi Avropa ölkələrini narahat edir. Müxtəlif vasitələrdən istifadə etsələr də, Azərbaycanın bir sıra Avropa dövlətləri ilə münasibətlərini dəyişə bilmirlər".

Cümşüd Nuriyev hesab edir ki, Paşinyan Azərbaycanla sülh sazişinin ilkin variantını imzalamalıdır.

"Paşinyan səsləndirdiyi fikirlərə tam əməl etmir. Ən azı Azərbaycanla sülh sazişinin ilkin variantı imzalanmalıdır. Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Bu məsələ sülh sazişində öhdəlik kimi əksini tapa bilər. Ermənistan referendum keçirərək Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməyi öhdəsinə götürə bilər. Referendumdan sonra bu dəyişikliklər Konstitusiyada da təsbit olunar. Lakin Paşinyan bu barədə açıq danışmır və yenidən hakimiyyətə gəldikdən sonra da ciddi problemlərlə üzləşib".

Politoloq əlavə edib ki, hazırda Paşinyanı daha çox hakimiyyətdə qalmaq məsələsi düşündürür.

"Ermənistan nə MDB-dən, nə də Avrasiya İqtisadi İttifaqından çıxmasa və Rusiyanın təsirindən qurtulmasa, ölkədə ciddi dəyişikliklərin baş verməsi çətin olacaq. Hazırda Paşinyan üçün əsas məsələ hakimiyyətdə qalmaqdır. Onu nə Ermənistanın gələcəyi, nə də Cənubi Qafqazda baş verən proseslər kifayət qədər düşündürür. Hadisələrin gedişi göstərir ki, qloballaşan dünyada Ermənistan bu problemləri təkbaşına həll edə bilməyəcək. Əgər ölkə regional proseslərdən kənarda qalarsa, dövlətçiliyini itirmək riski ilə üzləşə bilər. Azərbaycanın isə güclü dövləti, etibarlı tərəfdaşları və milli maraqları var. Bu səbəbdən yaxın perspektivdə bölgədə yeni müharibə gözləmirəm. Ermənistan hazırda həm Türkiyə, həm də Azərbaycana qarşı daha yumşaq siyasət yürüdür. Bununla belə, İrəvanın mövqeyi İranı qane etmir və Tehran müəyyən addımlar ata bilər".

Siyasi şərhçi Aydın Tağıyev isə hesab edir ki, Paşinyan hazırkı şəraitdə balans siyasətini qorumağa çalışır.

"Ermənistanın siyasi mənzərəsi Paşinyanın Qərbə inteqrasiya kursu ilə Moskva ilə münasibətləri balansda saxlamaq cəhdləri arasında formalaşıb. O, Avropa İttifaqı ilə strateji tərəfdaşlığı dərinləşdirərək Ermənistanın təhlükəsizlik və iqtisadi dayaqlarını Qərbə yönəltmək istəyir. Ursula fon der Lyayenlə görüşdə səsləndirdiyi fikirlər də bu kursun davam etdiriləcəyini göstərir. Bununla yanaşı, Moskva ilə açıq qarşıdurmadan qaçmağa çalışması vəziyyəti yumşaltmaq niyyətindən xəbər verir".

Onun sözlərinə görə, Ermənistan hazırda iki güc mərkəzi arasında həssas balansı qorumağa çalışır.

"Mişustinlə telefon danışığı Paşinyanın 'körpüləri yandırmamaq' strategiyasının tərkib hissəsidir. O, Rusiyanın narahatlığını anlayır, lakin bu narahatlığın Ermənistanın suveren qərarlarına mane olmasını istəmir. Hazırda Ermənistan iki güc mərkəzi arasında incə balans saxlayır. Bu balans uzunmüddətli perspektivdə ya sabitlik yaradacaq, ya da yeni siyasi gərginliklərə səbəb olacaq. Paşinyan çıxışlarında milli maraqları ön plana çıxarsa da, ölkə daxilində artan narazılıq bu siyasətin davamlılığını sınağa çəkə bilər".

Şəhanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
16:05 02.07.2026
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
Bu şəxslər 40 minədək cərimələnəcək
16:02 02.07.2026
Bu şəxslər 40 minədək cərimələnəcək