AZXEBER.COM xəbər verir ki, Ertem Şener "Qarabağ” klubunun güclü komanda olduğunu və əgər Türkiyədə oynasa çempion olacağını deyib.
"Bu "Qarabağ” Türkiyə liqasında oynasa, mütləq çempion olar. "Qarabağ”ın sistemi var. Mərkəzdən ötürmələr, 2-3 futbolçunu "Qalatasaray”ın müdafiəsində ön futbolçuları tərsə salan, tərs toplar, müdafiənin arxasından atılan toplar, bu cür sistemlə "Qarabağ” "Qalatasaray”dan daha yaxşı oynadı”.
Ertem Şener qeyd edib ki, "Qarabağ” "Qalatasaray”dan güclü komandadır: "Qarabağ” "Qalatasaray”dan, "Fənərbaxça”dan, "Beşiktaş”dan, "Trabzonspor”dan daha güclü bir komandadır. "Qarabağ” Türkiyədə çempion olar. Açıq və dəqiq deyirəm, çempion olar”.
Aydın Nuri