Ərzağın bahalaşması ilə bağlı rəsmi Açıqlama

Ərzağın bahalaşması ilə bağlı rəsmi  Açıqlama
İQTİSADİYYAT
12:34 31.08.2015
2138

Bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətində bahalaşma hiss olunur. Artıq mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək bahalaşıb.

Ölkə bazarında kifayət qədər yer tutan və yerli məhsula olan tələbatın böyük hissəsini təmin edən “Azərsun” Holdinq məhsullarının qiymətini bahalaşdırması bəzi işbazların da əlinə fürsət verib. Belə ki, bəzi mağaza sahibləri ərzaq məhsullarının qiymətini artırıblar.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev  bildirib ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir: “Eyni zamanda, son günlər bir sıra istehlak mallarının qiymətinin artması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar üzrə də Dövlət Xidməti tərəfindən istehlak bazarında araşdırmalara başlanılıb”. Nazirlik rəsmisinin sözlərinə görə, nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanunamüvafiq tədbirlər görüləcək.

//azvision

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Forsaj", "Ceyms Bond", "Boz Adam"... – Azərbaycan hansı məşhur filmlərə ev sahibliyi edib?
17:40 05.08.2026
"Forsaj", "Ceyms Bond", "Boz Adam"... – Azərbaycan hansı məşhur filmlərə ev sahibliyi edib?
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
16:22 05.08.2026
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
16:14 05.08.2026
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
16:09 05.08.2026
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar – SİYAHI
16:04 05.08.2026
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar – SİYAHI
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
16:00 05.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Şirvan kanalı bərpa edildi
15:57 05.08.2026
Şirvan kanalı bərpa edildi
"Azərbaycan İranı qardaş ölkə hesab edir" - Hikmət Hacıyev
15:27 05.08.2026
"Azərbaycan İranı qardaş ölkə hesab edir" - Hikmət Hacıyev