Əsəd arvadı ilə gizli-gizli yazışırmış - MƏKTUBLAR
DÜNYA
15:28 15.03.2012
2547
Böyük Britaniyanın "The Guardian" qəzeti Suriya prezidenti Bəşər Əsədin və onun xanımı Əsma Əsədin internet-yazışmalarını dərc edib. Yazışmaların 2011-ci ilin iyun ayı ilə 2012-ci ilin fevral ayı aralığında Suriya müxalifətinin fəalları tərəfindən ələ keçirildiyi bildirilir.Qəzetin yazdığına görə, elektron məktublar arasında İran politoloqlarından "üsyanların yatırılması metodlarına" dair məsləhətlər də var. Elektron poçtun bir hissəsinin isə Homs şəhərinin hökumət qüvvələri tərəfindən mühasirəyə alınmasının oyuncaq və peçenye vasitəsilə "yumoristik səhnələşdirilməsi"nin linklərindən ibarət olduğu bildirilir."The Guardian" qəzetinin yazdığına görə, Bəşər Əsədə ünvanlanmış elektron məktublardan birinin Qətər əmirinin qızı tərəfindən yazılması isə Suriya prezidentinin ailəsinin Qətərdə siyasi sığınacaq ala biləcəyi ehtimalını göstərir. (anspress)