"Əsl pul düşkünü o idi " - Esyadan ərinin ittihamlarına cavab

"Əsl pul düşkünü o idi " -  Esyadan ərinin ittihamlarına cavab
MƏDƏNİYYƏT
12:57 12.11.2014
5602
"İsgəndərin də, hər şeyin başında duran baldızımın da əsl üzü açılacaq".
Model-aktrisa, “Bacanaqlar” serialından Məhəbbətin Esyası kimi tanınan Esmiranın ötən ay ailə qurduğu İsgəndər Şabanovdan ayrılma xəbərini vermişdik.
AZXEBER.COM  axsam.az-a istinadla xəbər verir ki, Esmira açıqlamasında ailə həyatı haqda bunları deyib:
"İnanın, tam səmimi deyirəm: şəxsi məsələmi, ailə söhbətlərimi gündəmə gətirməmək üçün əlimdən gələni etdim. Çünki belə şeyləri sevmirəm. Bu cür vasitələrlə gündəmdə qalanları da hər zaman qınamışam. Amma vəziyyət elə gətirdi ki, artıq öz adımı, öz nüfuzumu qorumaq, kimlərdənsə müdafiə olunmaq üçün açıqlama vermək məcburiyyətində qaldım. Əsas da ona təəssüflənirəm ki, təzyiq və böhtanları, yalanları qarşısında müdafiə olunduğum şəxs mənim bir müddət öncə ailə həyatı qurduğum insan, eyni zamanda onun ailəsidir".
Esmira evliliyinin saxta olması iddiasına münasibət bildirib:
"Mənim evliliyim, toyum saxta olmayıb. Çünki ağlı başında olan insan belə bir şeyə imza atmaz. Mən isə özümü ağıllı-başlı biri hesab edirəm və bu Esmiranın günahı deyil ki, onun qarşısına çıxan insan bu qədər fırıldaq, nankor, ya da ailə dəyərlərindən uzaq olmağı bacarıb. Mən sadəcə, ailə qurub xoşbəxt olmaq istəmişəm. Yox, əgər İsgəndərin saxta evlilik açıqlaması kimlərinsə ağlına batıbsa, o zaman fikirlərimi daha dəqiq ifadə edim: Belə bir şey olubsa da, bu, Esyanın deyil, İsgəndərin saxta evliliyi olub. Yəni, ola bilər İsgəndər saxta evlilik deyərkən öz mənfur məqsədlərini, saxta niyyətlərini ifadə etmək istəyib. O mənada ki, evləndiyimiz gündən bəri adamın tək məqsədi məni istismar etmək, məndən faydalanmaq idi. Çox şükür bunu tez bir zamanda anladım və aramızdakı izdivaca son verdim".
Model daha sonra "İsgəndərin açıqlamasında mənim pulum və var-dövlətimlə bağlı absurd iddialar səslənib. Ardınca da qeyd olunub ki, guya mən öz toy məclisimi pul yığmaq məqsədi ilə eləmişəm. Mənim belə milyonlarım vardısa, toydan yığılan pula nə ehtiyacım ola bilərdi? Əksinə, əsl pul düşkünü mənim eks-ərim olub. Çünki hələ evliliyimizin ilk günlərindən öz pulgir maraqları, borc istəmələri, əlimdə olanlara sahib çıxmaq arzusu ilə o, özünü və məqsədlərini aşkara çıxarmış oldu", - deyə əlavə edib.
Esmira keçmiş həyat yoldaşını öz doğma bacısı haqda inanılmaz sözlər deməkdə günahlandırıb:
"İsgəndər evliliyimizin ilk günündən öz bacıları haqda neqativ fikirlər söyləyib. Ən sonda isə yenə də onların kölgəsində gizlənərək haqqımda yalanlara və böhtanlara imza atıb. Bu gün mətbuatda səslənən bütün qarayaxmalar və iftiralar da həmin bacı-qardaş duetinin və ortaya çıxardığı məhsuldur. Haqqımda tərbiyəsiz şeylər yazılır. Əsas da sosial şəbəkələrin və elektron media qurumlarının şərh bölümündə... Həmin fikirləri yazan insanlara səslənirəm: aktrisa və model olmaq – ləyaqəti və namusu itirmək deyil. Namussuz və ləyaqətsiz istənilən sahədə, istənilən sektorda, istənilən məkanda var, eyni zamanda namuslu və ləyaqətli. Bu cür məsələlər insanın öz vicdanına və ailə tərbiyəsinə bağlıdır və çox xahiş edirəm, belə şeylər yazarkən əlinizdə məni ifşa edəcək tutarlı faktınız yoxdursa, Allahdan qorxun".
Esmira bu məsələni məhkəmədə nəticələndirəcəyini söyləyib:
"Mən bu məsələni öz fərziyələrim, ya da ehtimallarımla deyil, qanunla çözəcəm. Haqqımda deyilən iftiraların yanlış olduğunu sübut edəcəm. İsgəndərin də, hər şeyin başında duran baldızımın da əsl üzü məhz onda açılacaq. Həmin gün uzaqda deyil. Bu, mənim son açıqlamamdır. Onu da sadəcə məsələyə aydınlıq gətirmək xətrinə verirəm. Bütün hallarda isə Esmiranın həyatı onun özünə məxsusdur və özəl mövzu ilə bağlı mətbuatın bu qədər həssasiyyət göstərməsinin əleyhinəyəm. Göydə Tanrı, yerdə qanunlarımız hər şeyi yerbəyer edəcək. Buna mən əmin olduğum qədər sizlər də əmin olun. Boşanmaq, ailənin dağılması hələ dünyanın axırı deyil. Amma elə insanlar var ki, onlar həmin dünyanın məhz axırında və dibindədirlər. Belələrini isə nə Esya ilə evlənmək xilas edə bilər, nə də boğazdan yuxarı üfürülən iftiralar".
Qeyd edək ki, Esmiranın həyat yoldaşı İ.Şabanov oktyabrın 17-də ailə qurub, 25-də ayrıldıqlarını bildirib. O, həyat yoldaşının ünvanına "Onu sevirdim. Bir neçə il evlilik təklifimi qəbul etmədi. Daha sonra dedi ki, qərar vermişəm, gəl evlənək. Amma məqsədi nə idisə, ailə həyatımız cəmi 8 gün çəkdi. Bunu pul yığmaq məqsədilə etdi. Arada mən yandım. Kənarda mələk kimi görünür, amma şeytandır. Evdə qorxulu insana çevrilir. Aramızda heç bir ciddi problem yaşanmadı. Bir səbəb olsa, mən də bilərəm ki, bunun üstündə ayrıldıq. Düşünürəm ki, onun planı saxta toy etmək olub. İnsanların ayrıldığımızı bilmələrini istəyirəm. Esmira isə özünü ailəli göstərmək istəyir. O, ər sayandır? Toyumuzdan yığılan pulları da özünə götürüb" kimi sözlər işlədib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı