Estoniya hökuməti noyabrın 20-si Rusiya ilə quru sərhədindəki bütün sərhəd-keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib.
Bu barədə ERR ölkənin Baş naziri Kristen Mixalın bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Rusiya ilə quru sərhədindəki bütün sərhəd-keçid məntəqələri - ikisi Narvada və üçü Estoniyanın cənub-şərqində (Koydula, Luhamaa və Saatse) - dekabrın 1-də səhər saat 7-dən bağlanacaq.
Mixal əlavə edib ki, 6 aydan sonra hökumət təhlükəsizlik vəziyyətini nəzərə alaraq sərhədin bağlanması zərurətini yenidən qiymətləndirəcək.










































