"Azərbaycan və İspaniya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar mövcuddur. İki ölkə arasında müqavilə-hüquq bazasının inkişafı, investisiyaların təşviqi və biznes əlaqələrinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahknanla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, hazırda Azərbaycan və İspaniya arasında 16 sənəd mövcuddur, daha 8 sənəd üzərində isə iş aparılır. Onun sözlərinə görə, yaxın gələcəkdə həmin sənədlərlə bağlı da müsbət nəticələrin əldə olunacağı gözlənilir.
C.Bayramov iqtisadi-ticarət əlaqələrinə toxunaraq qeyd edib ki, mövcud ticarət dövriyyəsi və investisiya göstəriciləri iki ölkənin potensialını tam əks etdirmir.
O bildirib ki, ötən il Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsi 12 milyon 90 min ABŞ dolları təşkil edib. Eyni zamanda, İspaniyadan Azərbaycana 25 milyon ABŞ dolları həcmində investisiya yatırılıb.
Nazir əlavə edib ki, hazırda 70-ə yaxın İspaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Son dövrlərdə iki ölkənin biznes qurumları arasında birbaşa əlaqələrin qurulması və biznes forumların təşkili istiqamətində də bir sıra tədbirlər həyata keçirilib.
Aynur Babazadə











































