Estoniyalı nazir: “Putin müharibəyə son qoya bilər, amma bunu etmir”

Estoniyalı nazir: “Putin müharibəyə son qoya bilər, amma bunu etmir”
SİYASƏT
12:56 27.11.2026
111
"Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiyanın Ukraynaya hücumlarının davam etdiyini, eyni zamanda Avropaya qarşı terror və sabotaj xarakterli addımların atıldığını bildirib”. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, o Kiyevdə olub və şəhərin raket hücumlarına məruz qalmasının şahidi olub. Onun sözlərinə görə, mülki ərazilərin, bağların və parkların hədəfə alınması qəbuledilməzdir:

"Bu, son qoymalı olduğumuz bir vəziyyətdir. Amma bunu edə biləcək və prosesi irəli apara biləcək yalnız bir şəxs var – Vladimir Putin. Lakin o, bunu etmir”.

Tsahkna qeyd edib ki, Rusiya Avropaya qarşı da terror və sabotaj xarakterli fəaliyyətlər həyata keçirir. O bildirib ki, Estoniya dekabrın 1-dən Rusiya ilə sərhəd keçidini dayandıracaq:

"Biz bu vəziyyətdən məmnun deyilik, lakin müəyyən reaksiya verməliyik və Avropanın təhlükəsizliyinin təmin olunması istiqamətində çalışmalıyıq. Bu sahədə azərbaycanlılardan öyrənə biləcəyimiz çox şey var. Xüsusilə qətiyyətli fəaliyyət göstərmək və regiona təhlükəsizlik, nizam-intizamla bağlı mesaj vermək baxımından”.

Estoniyalı nazir, həmçinin gələn il Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransın keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, tədbir Estoniya və Ukraynanın birgə təşkilatçılığı ilə 2027-ci ilin yanvar ayının sonunda baş tutacaq.

O, Azərbaycanın da konfransda yüksək səviyyədə təmsil olunacağına görə məmnunluğunu ifadə edib və dəstəyə görə təşəkkürünü bildirib.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycan ATƏT-ə sədrlik edə bilər" - Ceyhun Bayramov
13:06 27.11.2026
"Azərbaycan ATƏT-ə sədrlik edə bilər" - Ceyhun Bayramov
Estoniyalı nazir: Azərbaycanlı tələbələrin ölkəmizdə oxumasını istəyirik
13:02 27.11.2026
Estoniyalı nazir: Azərbaycanlı tələbələrin ölkəmizdə oxumasını istəyirik
Sənədsiz evlərə çıxarışla bağlı yeni TƏKLİF
13:00 27.11.2026
Sənədsiz evlərə çıxarışla bağlı yeni TƏKLİF
Türkiyəli tanınmış aparıcılar saxlanıldı
12:59 27.11.2026
Türkiyəli tanınmış aparıcılar saxlanıldı
“Yeni səhifə açdıq” – Estoniyalı nazir Azərbaycana səfərinin məqsədini açıqladı
12:57 27.11.2026
“Yeni səhifə açdıq” – Estoniyalı nazir Azərbaycana səfərinin məqsədini açıqladı
Estoniyalı nazir: “Putin müharibəyə son qoya bilər, amma bunu etmir”
12:56 27.11.2026
Estoniyalı nazir: “Putin müharibəyə son qoya bilər, amma bunu etmir”
"Estoniya ilə biznes əlaqələrinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir”
12:52 27.11.2026
"Estoniya ilə biznes əlaqələrinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir”
Ceyhun Bayramov Azərbaycan-Estoniya münasibətlərindəki inkişaflardan danışdı
12:49 27.11.2026
Ceyhun Bayramov Azərbaycan-Estoniya münasibətlərindəki inkişaflardan danışdı
“Azərbaycan daşıyıcısını müflis etmək istəyirsiniz?” – TIR sürücüsünün komitə rəhbərinə müraciəti - VİDEO
12:27 27.11.2026
“Azərbaycan daşıyıcısını müflis etmək istəyirsiniz?” – TIR sürücüsünün komitə rəhbərinə müraciəti - VİDEO
“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə - VİDEO
12:26 27.11.2026
“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə - VİDEO
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
12:23 27.11.2026
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Fira Cəlilovadan açıqlama: “Mənim evimdə, həyətimdə cinayətkar olmayıb”
12:11 27.11.2026
Fira Cəlilovadan açıqlama: “Mənim evimdə, həyətimdə cinayətkar olmayıb”
Prokurorluq nümayəndələri konfransda - FOTOLAR
12:10 27.11.2026
Prokurorluq nümayəndələri konfransda - FOTOLAR
Maaş artır, amma dolanışıq çətinləşir – SƏBƏB
11:53 27.11.2026
Maaş artır, amma dolanışıq çətinləşir – SƏBƏB
Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü
11:46 27.11.2026
Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü
Müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın - Deputatdan təklif
11:25 27.11.2026
Müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın - Deputatdan təklif