“Eurovision-2012”nin qalibi İsveç oldu - VİDEO

MƏDƏNİYYƏT
04:57 27.05.2012
1934
İsveçin “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Lorin Bakı səhnəsində ölkəsini “Euphoria” mahnısı ilə təmsil edib və qalib gəlib. Əslən Mərakeşdən olan Lorinin əsl adı Lorine Zineb Noka Talhaouidir. O, İsveçin “İdol 2004” müsabiqəsindən sonra populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edən xanım ifaçı bir müddət televiziyada aparıcı olub. O, 2011-ci ildə “My Heart is Refusing Me” mahnısı ilə İsveçin milli seçimlərində iştirak edib. İsveçi Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu isə bu il reallaşıb. “Melodifestivalen” yarışmasında iştirak edən Lorin rekord göstərici ilə qalib elan olunub. Onun həmin müsabiqədə oxuduğu “Euphoria” mahnısına 4 milyon 670 min tamaşaçı səs verib.

OXŞAR XƏBƏRLƏR