“Eurovision” müsabiqəsinin keçiriləcəyi yer dəqiqləşdi

“Eurovision” müsabiqəsinin keçiriləcəyi yer dəqiqləşdi
MARAQLI
13:18 09.09.2011
2429

“Azərbaycanda “Eurovision” müsabiqəsinin keçirilməsi üçün Bayraq Meydanında “Kristal Palas”-ın tikintisinə başlanılıb. APA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, müsabiqənin keçirilməsi üçün əsas məkan kimi bu kompleks nəzərdə tutulub: “İnanıram ki, kompleks vaxtında tikiləcək. Çünki kompleksi inşa edən Avropanın nüfuzlu “Alpine” və İsveçrənin “Nüssli AG” şirkətləri arasında müqavilə imzalanıb. Əgər belə nüfuzlu təşkilatlar kompleksin tikintisini öz öhdələrinə götürüblərsə, yəqin ki, onu layiqincə yerinə yetirirlər”. Nazir bu komplekslə yanaşı, müsabiqənin keçiriləcəyi məkanla bağlı alternativ variantın olduğunu da deyib: “Tiflis prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi də tam təmir olunub. Düzdür, müsabiqənin burada keçirilməsi üçün hələlik tam şərait yoxdur. Orada mətbuat üçün yerlər, vip zallar tikilməlidir. Ora ehtiyat variant kimi gündəmdədir”. A. Rəhumov deyib ki, “Eurovision” müsabiqəsi ilə bağlı tam dəqiq məlumatı yalnız İctimai Televiziya verə bilər: “Dəqiq rəqəmlər İTV ilə Avropa Yayım Birliyi ilə imzalanan müqavilədə əksini tapıb. Mənim məlumatına görə “Eurovision” müsabiqəsi üçün tikiləcək kompleksə 25 minə qədər oturacaq nəzərdə tutulub. Bu, bütün tələblərə cavab verən saray olacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
04:43 05.11.2026
Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
Britaniya ukraynalı uşaqlardan üzr istədi
04:33 05.11.2026
Britaniya ukraynalı uşaqlardan üzr istədi
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
04:23 05.11.2026
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
"Fənərbağça"nın keçmiş prezidenti barədə qərar verildi
04:13 05.11.2026
"Fənərbağça"nın keçmiş prezidenti barədə qərar verildi
Bu seçki Mask üçün də uğursuz oldu
04:03 05.11.2026
Bu seçki Mask üçün də uğursuz oldu
Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıb
03:53 05.11.2026
Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıb
Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol
03:43 05.11.2026
Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol
ABŞ-də aralıq seçkilərdən sonra bir neçə ştatda tarixi dəyişikliklər baş verib
03:33 05.11.2026
ABŞ-də aralıq seçkilərdən sonra bir neçə ştatda tarixi dəyişikliklər baş verib
"Barselona"nın futbolçusu "Atletiko" ilə oyunu buraxacaq
03:23 05.11.2026
"Barselona"nın futbolçusu "Atletiko" ilə oyunu buraxacaq
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
03:13 05.11.2026
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür