Evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanıldı

Evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanıldı
KRİMİNAL
16:19 11.06.2026
215
Paytaxtın Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.
 
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb.
 
Araşdırmalarla məlum olub ki, onlar hissə-hissə evdən ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR