‘Evsiz jurnalistlərin siyahısı tutulur’

‘Evsiz jurnalistlərin siyahısı tutulur’
MEDIA
14:33 18.03.2013
1545

JEM mənzili olmayan media nümayəndələrinin siyahısının hazırlanmasına start verdi.

Jurnalist Ekspert Mərkəzi (JEM) bir müddət öncə evsiz jurnalistlərin siayhısının hazırlanacağı ilə bağlı məlumat yaymışdı. Təşkilat artıq bu prosesə start verib. Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat ayrıldığını və Prezidentin yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə artıq mətbuat nümayəndələrinə tikilən binanın tamamlanmaq üzrə olduğunu əsas gətirən JEM siyahının hazıranması üçün KİV orqanları rəhbərlərinə müraciətb ünvanlayıb.

JEM sədri Ceyhun Musaoğlunun saytımıza verdiyi məlumata görə, onlar bu prosesə dəstək verməyi düşünür: “Bu məqsədlə Azərbaycan mətbuatında fəaliyyət göstərən evsiz jurnalistlərin siyahısını hazırlamaq qərarına gəlmişik. Obyektivliyi ilə seçilən belə bir siyahının ortaya qoyulması bəzi məlum və məlum olmayan səbəblərdən heç də asan deyil. Ona görə də KİV rəhbərlərindən dəstək istəyirik. Müstəqil jurnalistlərin siyahıda təmsil onuması üçün isə elan verəcəyik”.

C.Musaoğlunun sözlərinə görə, JEM-in İdarə Heyətinin son toplantısında belə razılşadırılıb ki, evsiz jurnalistlərin siyahısı 2 kateqoriya üzrə hazırlanaraq təqdim olunsun və o jurnalistlərin adı salınsın ki, onlar ən azı 5 ildir mətbuatda mütamadi çalışırlar.

Birinci kateqoriya: Ümumiyyətlə evi olmayıb kirayədə yaşayanlar

İkinci kateqoriya: Kvadrat sahəsi kiçik olan evdə valideynləri ilə birlikdə yaşayanlar (bura, yataqxanaya, qaçqınlıq və köçkünlük zamanı bağçalara, məktəblərə sığınanlar da aiddir; ilk növbədə ailəli olanlar)

Hər bir evsiz jurnalistin adı, soyadı, işlədiyi mətbu orqan, stajı və qeydiyyatda olduğu ünvanı qeyd olunmaq şərti ilə.

C.Musaoğlu açıqlamasında bir incə məqama da toxunub: “Azərbaycan gerçəkliyində evi olan şəxs də onu adına rəsmiləşdirmədiyinə görə, özünü evsiz kimi qələmə verə bilər. Bizim jurnalistlərin arasında belələrinin olduğunu düşünmürəm. Cəmiyyətdə daim düzlük axtaran bizlər təbii ki, evsiz həmkarımıza çatacaq mənzili evimiz ola-ola qəbul edə bilmərik”.

JEM sədri onu da vurğulayıb ki, siyahı hazır olandan sonra mənzillər paylanmamış evsiz jurnalistlərin siyahısı ictimaiyyətə açıqlanacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı