"Əvvəl uşaqları göndərirdilər, indi isə..." - Yay düşərgələri niyə bağlanıb? - VİDEO

"Əvvəl uşaqları göndərirdilər, indi isə..." - Yay düşərgələri niyə bağlanıb? - VİDEO
SOSİAL
21:44 16.06.2026
302
Sovet dövründə Azərbaycanda fəaliyyət göstərən 56 pioner düşərgəsi müstəqillik illərində tədricən fəaliyyətini dayandırıb və hazırda Pirşağıdakı "Lokomotiv" düşərgəsi də daxil olmaqla onların əksəriyyəti baxımsız vəziyyətdədir.

AZXEBER.COM Baku TV-yə istinadən xəbər verir ki, keçmişdə uşaqların yay tətillərini səmərəli keçirməsi, idmanla məşğul olub sosiallaşması üçün böyük rol oynayan bu mərkəzlərin bağlanması şagirdlərin yayda asudə vaxtlarının səmərəsiz keçməsinə, onların texnologiyadan asılı qalmasına səbəb olur.

Təhsil eksperti Leyla Quliyevanın sözlərinə görə, bu layihələr 9-14 yaşlı şagirdlər üçün planlaşdırılırdı:

"Şagirdlər orada yeni biliklər və dostlar qazanırdılar. Bu cür düşərgələrin məktəblilərin dünyagörüşünün artmasına, cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına çox böyük müsbət təsiri var idi. Təəssüf ki, hazırda bu düşərgələr fəaliyyətini dayandırıb. Çox istərdik ki, bu proqramlar yenidən bərpa olunsun və şagirdlərimiz asudə vaxtlarını səmərəli keçirə bilsinlər".

OXŞAR XƏBƏRLƏR