“Əziyyət boşa getmədi” - Qurban Qurbanov

“Əziyyət boşa getmədi” - Qurban Qurbanov
TOP4
09:55 01.11.2017
1403
"Çox ağır oyun oldu”.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
 
Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Atletiko”nun qonağı olan Ağdam təmsilçisi 1:1 hesablı heç-heçəyə imza atıb.
 
Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov bunları deyib: "Bir xalla dönsək də, rəqibin oyununu qeyd etməliyəm. Futbolçularımız bu cür komandaya qarşı sona qədər mübarizə apardılar. İlk dəfədi ki, Çempionlar Liqasının qrupunda çıxış edirik. Futbolçularımızın belə oyunları çox keçirmələrinə ehtiyac var. Şükürlər olsun ki, komandamızın əziyyəti boşa getmədi”.
 
- Pedro Enrikenin qırmızı vərəqə aldığı epizodda hakimin qərarından razı qaldızmı?
 
- Məncə, "qırmızı” düz idi. Hakim haqlı olaraq, həmin vərəqəni göstərdi. Çünki Pedronun ayağı həddindən artıq yuxarı qalxmışdı. Bu mənada, hakimin qərarına etirazım yoxdu.
 
- "Qarabağ” qrupun autsayderi kimi göstərilsə də, "Atletiko” kimi rəqibdən 2 xal aldı. Komanda əvvəldən qarşıya qoyduğunuz hədəfə çatdımı, yoxsa yenə hədəfiniz var?
 
- Çox güclü qrupa düşmüşük. Hər bir rəqibin qrup lideri olmağa potensialı var. Belə oyunları daha çox keçirməyə ehtiyacımız var. Onda futbolçular bərkiyirlər. Onlar bu cür matçlarda məğlub olanda belə, oyundan zövq almalıdılar. Yaxşı nəticə həm futbolçulara, həm də bizə özünəinam hissi verir. Nəticə önəmlidi. Əgər şansımız varsa, futbolçuları maksimum dərəcədə hazırlayacağıq. Dayanmaq istəmirik, potensialımızı daha çox açmaq niyyətindəyik.
 
- Gələn mövsümdən Çempionlar Liqasında iştirak "Qarabağ” kimi komandalar üçün daha çətin olacaq. Bu barədə nə düşünürsüz?
 
- Bəlkə də, UEFA-nın qərarı doğrudu. Amma hər bir komanda bu turnirdə iştirak etdikdən, rəqiblərin gücünü gördükdən sonra bu yarışda hər il oynamaq istəyir. Hansı qərarı qəbul etsələr, onu yerinə yetirməyə məcburuq. Qarşıdakı illərdə də Çempionlar Liqasının qrupunda oynamaq üçün, bəlkə də, bir az da möhkəmlənməli, bəzi dəyişikliklər etməliyik.
 
- Pedronun qırmızı vərəqə alması və Gerryenin zədələnməsi oyun planınızı pozdumu? Bir də bu görüşü "Qarabağ”ın qrupdakı ən gərgin matçı adlandırmaq olarmı?
 
- Belə itkilər olanda planlar istər-istəməz pozulur. Qırmızı vərəqə haqda, ümumiyyətlə, düşünmürsən. Azlıqda oynamaq planlara təsir edir. Amma mən belə oyunlara həmişə başqa tərəfdən baxmışam. Futbolda zədələr, vərəqələr olur. Oyunçular bu cür böyüyüb, inkişaf edirlər. Futbolçularımız daha məsuliyyətli olmalıdılar. Gerryenin zədələnməsi gələcək üçün planlarımızı poza bilər. Matça gəldikdə isə Çempionlar Liqasında gərgin keçməyən oyun yoxdu. Düşünürəm ki, getdikcə bizə daha diqqətli yanaşırlar və bu da üzərimizdəki gərginliyi artırır.
 
- "Atletiko” ilə hər iki görüşdə yaxşı nəticə qazandığınıza görə hansı hissləri keçirirsiz?
 
- Futbolda məğlub olmağın və nəticə əldə etməyin öz məsuliyyəti var. Bu hisslər mənə imkan vermir ki, özümüzü rahat hiss edək. Sevinmək bir anlıq olur. Çünki qarşıda bundan da ağır oyunlar var. Belə nəticələr bizə inamla yanaşı, məsuliyyət də verir. Həddindən artıq diqqətli, sadə olmalı və işimizə daha ciddi yanaşmalıyıq. Bu, uğurlu nəticələrin təsadüfi yox, davamlı olması baxımından vacibdi.
 
- İlk hissə gözlənilmədən "Qarabağ”ın 1:0 hesablı üstünlüyü ilə başa çatdı. Fasilədə futbolçulara nə dediniz?
 
- Hər hissənin öz analizi var. Biz oyundan əvvəl hər cür hesaba hazır olmalıyıq. Futbolçulara diqqətli olmağı tapşırırıq. Bir də oyunçulara ayrı-ayrılıqda tapşırıq veririk. Amma bunu burda açıqlamaq istəmirəm. İkinci hissədə qol buraxsaq da, həmin epizoda qədər hər şey qaydasında idi. Futbolçular sona qədər tapşırıqlarımızı yerinə yetirməyə çalışdılar.
 
- Bu turnirin yekununda Türkiyə və ya digər ölkələrin klublarından təklif gözləyirsizmi?
 
- Təklif haqda, ümumiyyətlə, düşünmürəm. Biz elə bir komandadayıq ki, işimizi daim yaxşılaşdırmalıyıq. Bu gün elə bir fikrim yoxdu. Həmişə istəmişəm ki, daim məsuliyyətli olum, çox çalışım və Azərbaycan futboluna kiçik də olsa, fayda verim.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sərnişinlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq
13:35 25.11.2026
Sərnişinlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq
“Azərbaycanla nəqliyyat və enerji layihələrində əməkdaşlıqda maraqlıyıq”
13:32 25.11.2026
“Azərbaycanla nəqliyyat və enerji layihələrində əməkdaşlıqda maraqlıyıq”
Litvalı nazirdən viza açıqlaması: “Hüquqi proseslərə başlamalıyıq”
13:29 25.11.2026
Litvalı nazirdən viza açıqlaması: “Hüquqi proseslərə başlamalıyıq”
Litva XİN rəhbəri: “Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas ölkədir”
13:23 25.11.2026
Litva XİN rəhbəri: “Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas ölkədir”
“TRIPP layihəsinin başlanması region üçün yeni imkanlar yaradır”
13:22 25.11.2026
“TRIPP layihəsinin başlanması region üçün yeni imkanlar yaradır”
Bağça müəllimlərinin işə qəbulu başlayır
13:20 25.11.2026
Bağça müəllimlərinin işə qəbulu başlayır
"Litvadan Azərbaycana turist axınının artması üçün birbaşa uçuşlar vacibdir"
13:16 25.11.2026
"Litvadan Azərbaycana turist axınının artması üçün birbaşa uçuşlar vacibdir"
Ceyhun Bayramovdan Litva ilə iqtisadi əməkdaşlıq AÇIQLAMASI
13:15 25.11.2026
Ceyhun Bayramovdan Litva ilə iqtisadi əməkdaşlıq AÇIQLAMASI
Bakıda iki azyaşlı bacı vəfat etdi
13:15 25.11.2026
Bakıda iki azyaşlı bacı vəfat etdi
Ceyhun Bayramov Litva ilə münasibətlərdən danışdı: “Siyasi dialoq intensiv xarakter daşıyır”
13:10 25.11.2026
Ceyhun Bayramov Litva ilə münasibətlərdən danışdı: “Siyasi dialoq intensiv xarakter daşıyır”
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
13:02 25.11.2026
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
Bakıda 23 məktəbə yeni direktor təyin edilib
12:57 25.11.2026
Bakıda 23 məktəbə yeni direktor təyin edilib
“Məmurların gəlirlərini bilmirik ki, xərcləri ilə müqayisə aparaq”
12:34 25.11.2026
“Məmurların gəlirlərini bilmirik ki, xərcləri ilə müqayisə aparaq”
Bakıda 37 yaşlı qadın dəm qazından ölüb
12:32 25.11.2026
Bakıda 37 yaşlı qadın dəm qazından ölüb
"Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb"
12:30 25.11.2026
"Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb"
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
12:24 25.11.2026
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR